Qısa məzmun
Askona MMC şirkəti Mağaza direktoru vəzifəsi üzrə vakansiya elan edir.
Namizəd üçün tələblər:
- Təcrübə: Minimum 5 il satış sahəsində (2 ili rəhbər vəzifədə olmaqla) iş təcrübəsi olmalı (qida sektoru istisna olmaqla)
- Satış texnikalarını yaxşı bilməli, müştəri yönümlü və satışa meyilli olmalı;
- Güclü liderlik keyfiyyətlərinə sahib olmalı və kollektivlə işləməyi bacarmalı;
- Kooperativ idarəetmənin üsul və tətbiqi qaydalarını bilməli;
- Analitik təhlil qabiliyyətinə sahib olmalı;
- MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
- Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməli;
- Yaş: 25-40
- Kompüter bilikləri: MS Excel, MS Outlook, 1C
- Təhsil: Orta ixtisas/Ali təhsil
Vəzifələr:
- Mağazanın ümumi fəaliyyətini təşkil edir;
- Mağazanın açılmasına, bağlanmasına və təhlükəsizlik işlərinin düzgün aparılmasına nəzarət edir;
- Mağazada malların qəbulu və girişlərini qaydalara görə həyata keçirilməsini təmin edir;
- Mağazanın əmtəə həcminə nəzarət edərək, sifarişlərin düzgün tərtib edilməsini təmin edir;
- Şirkət tərəfindən mağaza qarşısında təyin edilmiş hədəflərin yerinə yetirilməsini həyata keçirir;
- Mağazanın bütün əməkdaşlarına rəhbərlik edir: onların iş geyimlərinin və xarici görünüşünün qaydalara uyğun olmasına, müştərilərlə düzgün ünsiyyət qurmalarına nəzarət edir;
- İşçilərin şirkətin daxili qaydalarına və öz vəzifələrini məsuliyyətlə yerinə yetirməsinə nəzarət edir;
- Müştərilərin təklifləri ilə maraqlanır, daxil olan şikayətlərin aradan qaldırılması yönündə tədbirlər görür;
- Mağazada yaranmış hər hansı problemin həll edilməsi üçün müvafiq tədbirlər görür;
- Mağazada aparılan bütün əməliyyatların şirkətdaxili prosedurlara əsasən keçirilməsinə nəzarət edir;
- Mağazanın inkişafı, məhsulların və xidmətlərin yaxşılaşdırılması barədə təkliflər verir;
- Mağaza standartlarının və reqlamentlərinin qorunmasına nəzarət;
- Mal qalıqlarına nəzarət və uçotun aparılması;
- Assortimentin və satışın analizi;
- Daxili inventarizasiyanın aparılması;
- Müştərilərlə iş. Mağazanın bütün əməkdaşlarının həftəlik və aylıq iclaslarını keçirir.
- Görülən işlərin qeydinin aparılması
İş qrafiki: 5 günlük iş qrafiki
Əmək haqqı: müsahibə zamanı müəyyən olunacaq (fiks əmək haqqi + faizlər). Orta aylıq əmək haqqı satışlardan asılı olaraq 1500-2500 manat.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Mağaza direktoru” qeyd etməklə göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Arzum Beauty şirkəti Satış Təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. İnci Group of Companies Bölgə Müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Sabah Group LLC Satış Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Sabah Group LLC Inzibati işlər üzrə administrator vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
KEPROSHOP” MMC-dəSatış üzrə məsləhətçi (Kosmetoloji məhsullar üzrə) tələb olunur. ...