Böyük mühasib
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Qalaaltı Hotel Company Böyük mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Əsas öhdəliklər:

  • Mühasibatlıq şöbəsini idarə etmək və öz tabeliyində olan bütün mühasibatlıq əməkdaşlarının vəzifə və öhdəlikləri haqqında ətraflı məlumatlara malik olmaq.
  • Maliyyə Nəzarətçisinə  və Baş Mühasibə yerli rəhbərlik, ərazi üzrə ofis və rəhbərlər tərəfindən tələb olunan bütün həftəlik/aylıq/illik maliyyə və statistik hesabatların hazırlanmasında kömək etmək.
  • Bütün aylıq hesabatların müəyyən edilmiş son tarixlərə qədər işlənib hazırlanmasını təmin etmək üçün Mühasibatlıq şöbəsinin işçilərinin mütəşəkkil şəkildə işləmələrini təmin etmək.
  • Mühasibatlıq sistemləri, siyasət və prosedurlar, habelə otel üçün müəyyən edilmiş yerli siyasətlər ilə yaxından tanış olmaq.
  • Otel çərçivəsində bütün maliyyə əməliyyatları üçün müşayiətedici sənədləri və həyata keçirilmiş bütün daxili nəzarət tədbirlərini davamlı şəkildə yoxlamaqla, bu siyasət və prosedurlara riayət olunduğunu təmin etmək.
  • Bütün bank hesabları və baş mühasibatlıq kitabının aktiv və passiv hesabları üçün yoxlama aktları hazırlama prosessində Baş Mühasibinə kömək göstərmək və bunları hər ay bütün müşayiətedici sənədlər ilə birlikdə yoxlamaq üçün Maliyyə Nəzarətcəsinə təqdim etmək.
  • Şöbə rəhbərlərinə öz xərcləri və büdcə tələblərini analiz etmək üçün yardımçı olmaq.
  • Dövlət qurumları tərəfindən tələb edilən bütün ödənişlər və ya sənədlərin, məs. ƏDV və ya əmək haqqı fondundan vergilərin düzgün olmasını və vaxtlı-vaxtına təqdim edilməsini təmin etmək.
  • Baş Mühasib iş başında olmadıqda, onu əvəz etmək.

Namizədə tələblər:

  • Maliyyə, Mühasibat uçotu və Audit, İqtisadiyyat üzrə ali təhsil;
  • Hotel sahəsində maliyyə təcrübəsi arzuolunandır;
  • Mühasibat uçotu və hesabatlıq üzrə  yüksək biliklər;
  • MS Ofis proqram paketi üzrə bilik və bacarıqlar ( xüsusilə MS Excel proqramı üzrə yüksək biliklər);
  • AR Vergi və Əmək məcəllələri, AR Mühasibat uçotu haqqında qanun  üzrə fundamental biliklər;

CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.

Oxşar vakansiya siyahısı:

Mühasib

Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

20.08.2025 - Şəmkir

500₼
Kassir

Ə/h 500 AZN + bonus. Super Toys Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

Super Toys

19.08.2025 - Bakı

900 — 1100 ₼
1C operator

Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...

Camal LTD

14.08.2025 - Bakı

600 — 800 ₼
Mühasib

Business Service Centre LTD Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Business Service Centre LTD

11.08.2025 - Bakı

900 — 1100 ₼
1C operator

Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...

Camal LTD

07.08.2025 - Bakı

Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis

Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Premium Bank

24.07.2025 - Bakı