Qısa məzmun
MKT İstehsalat Kommersiya MMC Daxili nəzarət üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
İşiniz nələrdən ibarət olacaq?
- Regionlarda yerləşən müəssisələrdə və baş ofisin struktur bölmələrində daxili nəzarətin həyata keçirilməsi;
- Cəmiyyətin mövcud siyasət və qaydalarından, habelə fəaliyyət istiqamətindən yayınmaların səbəb olacağı riskləri və onların təsirinin dəyərləndirilməsi;
- Cəmiyyətin fəaliyyətinin daxili qayda və siyasətlərinin tələblərinə uyğunluğunu və yayınmalarını qiymətləndirilməsi;
- Daxili tədqiqatların aparılması: Daxili qayda və siyasətlərin pozuntusu aşkar olunduqda səbəblərin araşdırılması;
- Baş verən daxili qayda və siyasətlərin pozuntularının aradan qaldırılması üçün təkliflərin irəli sürülməsi;
- Daxili qayda və siyasətlərin pozulması ilə müşahidə olunan hadisələrin araşdırılması;
- Müvafiq mövzuda təkliflərin təqdim edilməsi, hesabat və xidməti məruzələrin hazırlanmasında yaxından iştirak etməsi;
- Nöqsanların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi;
- Daxili nəzarət tədbirlərinin nəticələri əsasında Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, mütərəqqi və müasir iş proseslərinin tətbiqi üzrə rəhbərliyə təkliflərin verilməsi.
Tələblər
- İşinizi görmək üçün sizdən nələri tələb edirik?
- Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;
- Maliyyə ya audit sahəsində 2 il iş təcrübəsi;
- Qərarlar qəbul etmək və üzərinə məsuliyyət götürmək, vəzifə öhdəlikləri üzrə mövqeyini izah və müdafiə etmək bacarığı;
- Dəqiqlik, məntiqi və analitik düşünmə tərzi, təşəbbüskarlıq, çalışqanlıq, dürüstlük, və komandada işləmək bacarığı;
- Azərbaycan dilində mükəmməl, rus və ingilis dilini orta səviyyədə bilmək;
- Excel və 1C mühasibatlıq proqramında işləmək bacarağı;
- Ölkədaxili ezamiyyət etmək imkanı;
- B kateqoriyalı sürücülük vəsiqəsi olması.
- Sizdən gözləntilərimiz nələrdir?
- Təşəbbüskarlıq;
- İnnovativlik;
- Pozitivlik.
Vakansiya haqqında əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- Korporativ nömrə ilə təmin olunma;
- Könüllü tibbi sığorta ilə təmin olunma;
- İş yeri: Bakı şəhəri, Qafqaz Business Center;
- İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
https://hr.mktcotton.com/az/job/daxili-nezaret-uzre-mutexssis-1
Oxşar vakansiya siyahısı:
Abacus Audit And Consulting İstehsalat üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...