Qısa məzmun
SOCAR Downstream Fırlanan avadanlıqlar üzrə çilingər vəzifəsi üzrə vakansiya elan edir.
Texniki tələblər:
- Müxtəlif növ nasosların təmirinə dair iş təcrübəsi,
- Müxtəlif növ kompressorların təmirinə dair iş təcrübəsi,
- Turbinlərin təmirinə dair iş təcrübəsi,
- Müxtəli növ yükqaldırma avadanlıqların təmiri ilə bağlı iş təcrübəsi,
- Müxtəli növ ölçü alətləri və açarlarla işləmə təcrübəsi,
- Avadanlıqların simvollarının oxunuşu;
Ümumi tələblər:
- Neft və qaz və digər ağır sənaye sahələrində iş təcrübəsi,
- Baxım və təmir işlərinin yerinə yetirilməsi, qurğu və avadanlıqlara xidmət sahəsi üzrə təcrübəsi,
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi,
- Təhlükəsizlik qanunvericiliyi və qaydalarını bilmək,
- Layihənin istismara verilməsi (Commissioning) təcrübəsi (arzuolunan),
- Layihənin istismara hazırlıq (Start-Up) təcrübəsi (arzuolunan),
- Fırlanan avadanlıqlarla bağlı dünya standartları barədə məlumatlı olmaq(arzuolunan).
Müraciət üçün uyğun namizədlərdən CV-lərini, “mövzu” hissəsində vakansiyanın adını yazmaqla elekton ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 25.12.2022
Qeyd: Yalnız vakansiyanın ilkin tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.