Qısa məzmun
UNICO Xəzinədar-mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə təlimatı:
- Büdcəni (illik, aylıq) planlaşdırmaq və nəzarət etmək;
- Maliyyə, büdcə, maya dəyəri hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib edilməsi, düzgünlüyünün analizi və rəbərliyə təqdim edilməsi;
- Gündəlik balansı və dövriyyə məlumatlarını hazirlamaq;
- Kassa sənədlərini müvafiq proqrama daxil etmək;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Mühasibat uçotu üzrə rəhbərliyə lazımı hesabatları hazırlamaq;
- Mühasibat sənədlərinin saxlamaq və qorumaq;
- Gün ərzində aparılan əməliyyatlar üzrə mədaxil və məxaric sənədlərinə əsasən kassa qalığını çıxartmaq və rəhbərliyə təqdim etmək;
- İşçilərə əmək haqqı, mükafatların verilməsi və s. xərclərin ödənilməsini təmin etmək.
Tələblər:
- İqtisadiyyat, maliyyə üzrə ali təhsil
- Xəzinadar-mühasib vəzifəsində ən azı 1 il iş təcrübəsi
- MS proqramlarını bilmək, Excel yüksək səviyyədə
- Yüksək etika
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Xəzinədar-mühasib” qeyd edərək göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Aparıcı mühasib
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...