Qısa məzmun
“BERLIN MP” mağazalar şəbəkəsi “Sədərək” filialı üçün satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir.
Şirkət haqqında məlumat:
Alman malı alınmalı” devizi ilə yola çıxan “BERLIN MP” mağazalar şəbəkəsi 2016-cı ildə Bakıda fəaliyyətə başlayıb. “BERLIN MP” kosmetik vasitələrdən dəriyə və saça qulluq məhsullarına, sağlamlıq, gigiyena, ev, səyahət, təmizlik və qida məhsullarından uşaqlar və veqanlar üçün məhsullara qədər 9 fərqli kateqoriyada 5000-dən çox keyfiyyətli alman məhsulu çeşidi ilə bir çox beynəlxalq brendin Azərbaycandakı pərakəndə və topdansatış mərkəzidir.
Namizədə dair tələblər:
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi
- Yaş həddi: 18-35
- Cins: Qadın
- Təhsil: Orta ixtisas və ya ali təhsil
- Azərbaycan dili əla (Rus dilini yaxşı bilən namizədlərə üstünlük veriləcək)
- Effektiv ünsiyyət bacarığı
- Müştəriyönümlü satış qabiliyyəti
- Komandada işləmək bacarığı
- Gülərüzlü, səmimi, səbrli və dinamik
- Təmiz və səliqəli xarici görünüş
Vəzifə öhdəlikləri:
- Satış icrasının təmin edilməsi;
- Müştərilərin mağazada qarşılanması və məhsullar barədə onlara ətraflı məlumat verilməsi;
- Müştərilərə məhsul seçimində kömək edilməsi;
- Məhsulların mağaza vitrinlərində verilmiş plana əsasən düzülməsi;
- Məhsulların yerləşdiyi rəflərə daim nəzarət edilməsi
İş şəraiti:
- İş qrafiki: 09:00-17:00, 6 günlük iş rejimi
- Əmək haqqı: 500 AZN
- Rəsmi müqavilə: Əmək müqaviləsinə əsasən sənədləşmə
- Ünvan: “Sədərək” Ticarət Mərkəzi, “Şirniyyat” bölməsinin arxası, Təsərrüfat yolunun başlanğıcı, 41-ci korpus
- Vakansiyaya müraciət üçün CV formanızı rahid.babayev@berlinmp.az elektron poçt ünvanına mövzu hissəsində “Satış təmsilçisi –
- Sədərək filialı” qeyd edərək 30.12.2022 tarixinədək göndərməyiniz xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar
Oxşar vakansiya siyahısı:
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...