Qısa məzmun
Azerbaijan Fish Farm İstehsalat üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə Tələblər:
- Ali təhsil (Balıqşünaslıq, ixtiologiya və ya buna uyğun ixtisaslara üstünlük verilir);
- Minimum 1 il sahə üzrə iş təcrübəsi;
- MS office proqramlarını yüksək səviyyədə bilməli;
- Azərbaycan dili, Rus dili, İngilis dili (arzuolunandır);
- İstehsalat sahəsində təcrübə arzuolunandır;
- Mətn, cədvəl və təqdimat hazırlanmasında dərin bacarıqlar;
- Yüksək səviyyədə problem həll etmə və analiz bacarıqları;
- Yaxşı şifahi və yazılı ünsiyyət bacarıqları;
- Detallara diqqətli olmaq və təşkilatçılıq qabiliyyəti;
- İş prioritetlərini düzgün təyin edə bilmək və eyni zamanda bir neçə işi görə bilmək.
Vəzifə üzrə öhdəliklər:
- Balıqların təsərrüfatlar arasında yerləşdirilmə proseslərinə nəzarət edir;
- Satış şöbəsinin tələblərinin qarşılanması üçün müəssisələrlə əlaqəyə girir və əmtəə məhsulunun vaxtında təmin olunmasına nəzarət edir;
- Təsərrüfatlarda müxtəlif növ və yaş qrupuna aid balıqların artırılması, böyüdülməsi və yetişdirilməsində istifadə olunan biotexniki normativlərə riayət olunmasına nəzarət edir;
- Balıqların yemlənməsi və yem rasionun hazırlanması prosesində iştirak edir;
- Təsərrüfatların fəaliyyətini təmin edən bioloji əsaslandırmaların hazırlanmasında və həyata keçirilməsində, həmçinin digər prosedur sənədlərinin hazırlanmasında köməklik edir;
- Bütün digər, Təsərrüfatlar, Departamentlər arası koordinasiyanı təşkil edir.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
- İş yeri: Bakı şəhəri, mütəmadi olaraq regionlara işgüzar səfərlər
- Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır
- Əlavə: Mobil telefon və korporativ nömrə
Vakansiyaya müraciət üçün CV-ləri “İstehsalat üzrə koordinator” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.