Anbardar
vakansiya — 2026

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

UPS Construction Anbardar vəzifəsi üzrə vakansiya elan edir.

İş yeri: Bakı şəhəri

Əsas vəzifə və öhdəliklər:

  • Proqram vasitəsi ilə mal-materialın anbara daxil olması, buraxılışı və saxlanılmasını təmin etmək;
  • Mal-materialın yaxşı qorunub saxlanılmasını təmin etmək;
  • Anbar əməliyyatının hesabatını aparmaq;
  • Yükün vəziyyətini yoxlayıb, zahirən nöqsan aşkarlandıqda, maddi qiymətlilərin dəyişdirilməsi üzrə tədbirlər görmək;
  • Giriş-çıxış sənədlərinin düzgün qeydiyyata alınması və anbar sahəsinə aid hesabatların aparılmasını təmin etmək;
  • İnventar və avadanlıqların yerləşdiyi ərazinin vaxtaşırı təmir olunmasına və yanğından mühafizə avadanlıqlarının anbarda olmasına nəzarət etmək;
  • Mal-material qiymətləndirilməsi inventarizasiyasında iştirak etmək;
  • Anbarda olan avadanlıqlar, malların mövcudluğuna və anbar daxili hərəkətlərinə nəzarət etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Mal-material qiymətlilərinin anbarda yerləşdirilməsi üçün lazımi sənədləşmələri;
  • Anbar əməliyyatları hesabatının təşkilini;
  • Anbara yerləşdirilən mal-material qiymətlilərinin qəbulu, saxlanılması və buraxılması şərtlərini;
  • Komandada işləmə, çeviklik və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.
  • Müvafiq kompüter proqramlarında işləmə.

İş təcrübəsi: Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.

Əmək şəraitinin şərtləri:

  • Əmək haqqı- 700 – 1000 AZN
  • İş saatları – Həftə içi 5 gün 09:00-dan 18:00-dəkdir.

Əlavə təminatlar. Telefon nömrəsi ilə təmin edilir;

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

1000 — 1400 ₼
Xarici Satınalma üzrə Aparıcı Mütəxəssis

FLARM MMC “Xarici Satınalma üzrə Aparıcı Mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir. ...

FLARM MMC

07.01.2026 - Bakı