Qısa məzmun
VMF MMC Servis meneceri vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat :
- Azərbaycanda tanınmış saat markaları Tissot , Rado , və digər brendlərin rəsmi distribütoru olan ” VMF ” Şirkətin servisinə, servis xidmətlərinin yüksək səviyyədə təşkili üçün “Servis Meneceri” vakansiyası elan edir.
- Servisin xidmətləri barədə müştərilərə ətraflı məlumatın verilməsi ( Müştərilərə şirkət haqqında məlumat vermək: məhsullar , xidmətlər, kampaniyalar, qiymətlər və s. )
- Müştərilərin müvafiq ustaya yönləndirilməsi
- Servisə təmirə daxil olan saatların qəbulu , təmiri və təhvili proseslərində iştrak etmək və nəzarət etmək.
- Servisdə müştərilərin məmnunluğunu təmin etmək.
- Servisdə usta heyyətinə nəzarət etmək .
- Sosial şəbəkələrdə və messencerlərdə sorğuların qəbulu (Viber, Telegram, WhatsApp, Facebook, Instagram və s).
- Gündəlik rəhbərliyə görülən işlər haqda hesabatları email vasitəsi ilə təqdim etmək.
Namizədə tələblər :
- Cins : Xanım.
- Təhsil: Ali.
- Yaş həddi : 25-45 yaş. Aydın nitq, ünsiyyətçil , xoş görünüş və təqdimat qabiliyyəti.
- Xarici Dil bilikləri : Rus dili və İngilis dili .
- Yüksək işgüzarlıq qabiliyyəti və komandada işləmə bacarığı.
- Güclü ünsiyyət bacarıqları.
- Problemlərin həll edilməsi bacarığı.
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi hr.office@vmf.az ünvanına və məktubun mövzusunu qeyd etməklə göndərə bilərsiniz .
Oxşar vakansiya siyahısı:
Fəhlə
İnci Group Of Companies Kitab Anbarı üçün Fəhlə tələb olunur. ...
Aşbaz köməkçisi
Hajigabul Poultry Farm Company Aşpaz vəzifəsi üzrə vakansiya elan edir. ...
Qaynaqçı
Zəfər Bağları Qaynaqçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Baş Mexanik
Grand Motors Baş Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...