Qısa məzmun
Alyans Tekstil Xarici satınalmalar üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Sumqayıt şəhəri
İş təcrübəsi: 3-5 il
İş qrafiki : 5 günlük (09:00 – 18:00)
Vəzifə öhdəlikləri:
- Portfelində olan şirkətlərin satınalma fəaliyyətinin yoxlanılması və alışlara nəzarət
- Alışların aylıq analizləri və hesabat formasının hazırlanıb təqdimatı
- Lazımi materialları / xidmətləri xarici bazarda tədarük etmək, qiymətləndirmə aparmaq və xərcləri optimallaşdırmaq üçün təkliflər vermək;
- Logistikanın təşkili üçün şirkətlərə dəstək və qiymət araşdırılması
- Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
- Tədarükçülərlə müqavilələrin bağlanmasına portfelindəki olan şirkətlərə dəstək;
- Müqavilənin icrasına aid olan sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
- Davamlı və başa çatdırılmış işlər barədə vaxtaşırı hesabatların hazırlanması
- Satınalma fəaliyyəti və xərcləri barədə hesabatların verilməsi
- Kataloqlar və internet kimi mənbələrdən istifadə etməklə tədarükçüləri müəyyən etmək və sifariş ediləcək məhsullar barədə məlumat toplamaq üçün onlarla söhbət aparmaq;
- Potensial tədarükçülər arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək.
Namizədə tələblər:
- Ali təhsil : maliyyə, təchizat üzrə (xarici təhsilə üstünlük verilir)
- Kompüter bacarıqları: MS Office proqramları (Excel proqramını mükkəməl bilməli)
- Data Analitikanı bilməsi (Tableau, Power BI) üstünlükdür
- İş təcrübəsi tekstil sahədə 3 ildən 5 ilə qədər;
- İngilis, Rus və Azərbaycan dillərini (şifahi və yazılı) mükəmməl bilmə
Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını e-mail ünvanına 25.12.2022 ci il tarixinə qədər mövzu yerində “Xarici satınalmalar üzrə menecer” qeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.
Oxşar vakansiya siyahısı:
"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Cronos Construction Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...
GESCO ASC Təchizat bölməsinin kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zəfər Bağları” MMC Aparıcı anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...