Qısa məzmun
Merkuri BOKT Daxili Nəzarət Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkətin struktur bölmələrində daxili nəzarətin həyata keçirilməsi;
- Şirkətin mövcud siyasət və qaydalarından, habelə fəaliyyət istiqamətindən yayınmaların səbəb olacağı riskləri və onların təsirinin dəyərləndirilməsi;
- Daxili tədqiqatların aparılması: Daxili qayda və siyasətlərin pozuntusu aşkar olunduqda səbəblərin araşdırılması;
- Baş verən daxili qayda və siyasətlərin pozuntularının aradan qaldırılması üçün təkliflərin irəli sürülməsi;
- Nöqsanların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi;
- Daxili nəzarət tədbirlərinin nəticələri əsasında şirkətin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, mütərəqqi və müasir iş proseslərinin tətbiqi üzrə rəhbərliyə təkliflərin verilməsi.
Namizədə tələblər:
- Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;
- Maliyyə ya audit sahəsində 2 il iş təcrübəsi;
- Qərarlar qəbul etmək və üzərinə məsuliyyət götürmək, vəzifə öhdəlikləri üzrə mövqeyini izah və müdafiə etmək bacarığı;
- Dəqiqlik, məntiqi və analitik düşünmə tərzi, təşəbbüskarlıq, çalışqanlıq, dürüstlük, və komandada işləmək bacarığı;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
- Excel və 1C mühasibatlıq proqramında işləmək bacarağı;
- Ölkədaxili ezamiyyət etmək imkanı;
- Təşəbbüskarlıq;
Əgər siz bilik və bacarıqlarınızı bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə hazır CV formalarınızı “Daxili Nəzarət Mütəxəssisi” yazaraq email ünvanına və yaxud 0502718432 Whatsapp nömrəsinə göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
AGRO - WEST DC LLC şirkəti Maliyyə nəzarət mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Siyəzən Broyler MMC Mühasib-operator vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...