Mobil tətbiqlər üzrə analitik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Bank Respublika ASC Mobil tətbiqlər üzrə analitik vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Mobil tətbiqlərin işlənilməsi üzrə texniki tapşırıqların hazırlanması;
  • Mövcud tətbiqlərin funksional testi (front-end və back-end), veb-servislərin keyfiyyətinin izlənilməsi;
  • Mobil tətbiqlərin daxili biznes məntiqinin inkişaf etdirilməsi;
  • Mobil tətbiqlərin keyfiyyətinə nəzarət edilməsi;
  • Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması;
  • Daxili hesabatların hazırlanması və onların təhlili.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • İş təcrübəsi: texniki tapşırıq və biznes proseslərinin təhlili əsasında proqram təminatlarının hazırlanması, onların testdən keçirilməsi, düzəlişlərin edilməsi, sistemlərin avtomatlaşdırılması, layihələrin hazırlanması və icrası üzrə arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili texniki səviyyədə arzuolunandır;
  • Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı;
  • Proqressiv düşüncə tərzi və çərçivələrdən kənara çıxma bacarığı;
  • Məlumatlar əsasında təhliletmə və düzgün qərarvermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 09 dekabr 2022-ci il tarixinədək email-in mövzu hissəsində Mobil tətbiqlər üzrə analitik qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı