Qısa məzmun
Azersun Holding İşə Qəbul üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Əmək qanunvericiliyinin əsaslarını bilməlidir.
Tələblər:
- Ali təhsilli (Menecment, iqtisadiyyat, sosial elmlər, insan resurslarının idarə edilməsi və s) olmalı;
- Əmək məcəlləsi və qanunvericiliyin digər normativ qaydalarından anlayışlı olmalı;
- İş ezamiyyətlərinə gedə bilməli;
- 3 ilə qədər əlaqədar sahədə iş təcrübəsi olmalı.
- İngilis və rus dillərini bilməli;
- Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olmalı;
- Komandada işləmək qabiliyyətinə və ruhuna sahib olmalı;
- CV incələmə, görüş təqvimini planlama, ilkin müsahibə prosesinin həyata keçirilməsi, işə qəbul prosesinə hakim olmalı;
- MS office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.
İş haqqında:
- Şirkətin işə qəbul və yerləşdirmə prosesinin təşkil edilməsi;
- İşə qəbul hazırlıqlarının və iş müsahibələrinin təşkilinin təmin edilməsi;
- İşə qəbul hesabatlarının hazırlanması;
- İşə qəbul testlərinin həyata keçirilməsi;
- İşə qəbul kanallarının idarə olunması və müasir metodların tətbiqinin həyata keçirilməsi;
- İşə qəbul layihələrində təşkilati işin həyata keçirilməsi.
İş şərtləri: İş qrafiki: həftə içi 5 gün
İş yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “İşə qəbul üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Brand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...