Mühasib (əmək haqqı üzrə)
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Vəzifə öhdəlikləri:

  • Əmək haqqının hesablanması və əməkdaşların əmək haqqı kartlarına köçürülməsi;  (1C proqramı və bank sistemi vasitəsilə)
  • Əlavə əmək haqlarının (bonusların, əlavə iş saatlarının, yanacaq xərclərinin və digər əlavə ödənişlərin) 1C sisteminə daxil edilməsi, məzuniyyətlərin hesablanması, son-haqq hesabların verilməsi, xəstəliyə görə müavinatların hesablanması, avansların verilməsi, vergilərin hesablanmasına nəzarət;
  • Sənədlərinin hazırlanması və qovluqlara yığılması;
  • Əmək haqlarının verilməsindən sonra ehtiyac olduqda işçilərə əmək haqları (əlavə əmək haqları,  hesablanmış məzuniyyətlər və s.) barəsində məlumatların verilməsi; (telefonla, e-mail poçt ünvanlarına və ya şifahi formada)
  • Ezamiyyətin ödənilməsi və avans hesabatının aparılması; (1C proqramı və bank sistemi vasitəsilə)
  • Ezamiyyət ödənişlərinin işçilərin kart hesablarına köçürülməsi;
  • Ezamiyyətə gedən əməkdaşlara köçürülən ezamiyyə ödənişlərinin avans hesabatının aparılması və sənədlərinin hazırlanması;
  • Rəsmi Statistika hesabatının hazırlanması və təqdim edilməsi; (ayda bir dəfə)
  • “4 ƏMƏK N-li forma” hesabatının hazırlanması; (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu barədə)
  • Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın tərtib ediməsi və göndərilməsi (Vahid Bəyannamə) – Rüblük;

Namizədə verilən tələblər:

  • Ali təhsil (müvafiq sahə üzrə)
  • Ən azı 2 il müvafiq sahədə iş təcrübəsi
  • Azərbaycan dili əla, rus dili yaxşı, ingilis dili orta
  • Rəsmi hesabatlara aid proqram və cihazlarda işləmək
  • Vergi uçotu üzrə və mühasibatlıqla bağlı yerli qanunvericilik haqda biliklərə malik olma
  • Komandada işləmək bacarığı; analitik zəka, rəqəmlərlə işləmək

Əmək haqqı: 800 AZN

İş qrafiki: 5 günlük iş qrafiki

Müraciət qaydası:  CV-nizi elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını – Mühasib (əmək haqqı üzrə) yazmaqla göndərə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

18.06.2025 - Bakı