Qısa məzmun
Daşkəsən Dəmir Filiz MMC Təchizat üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- İllik satınalma planının hazırlanmasını və qanunda müəyyən edilmiş müddət ərzində dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsini təmin etmək;
- Cəmiyyətin mallara (işlərə və xidmətlərə) olan təlabatının müəyyənləşdirilməsində iştirak etmək;
- Ehtimal olunan qiymətin hesablanması üçün bazar araşdırılmasının aparılmasını və müvafiq formanın təsdiq etdirilməsini təmin etmək;
- Dövlət satınalmalarının vahid internet portalında satınalma proseduru ilə bağlı elanların yerləşdirilməsini təmin etmək;
- Zərurət yarandıqda ixtisaslaşmış malgöndərənlərin siyahısının hazırlanmasını və onlara dəvət məktublarının göndərilməsini təmin etmək;
- “Dövlət satınalmalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etmək;
- Satınalma prosedurlarının nəticəsi ilə bağlı yekun protokolun müvafiq dövlət orqanına göndərilməsini və qeydiyyata alınması ilə bağlı prosesin nəzarətdə saxlanılmasını təmin etmək;
- Satınalma prosedurlarının nəticəsi ilə bağlı bildirişin və müqavilə məlumatının qanunda müəyyən edilmiş müddət ərzində dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsini və iddiaçı şirkətlərə bununla bağlı aksept və məlumat xarakterli məktubların göndərilməsini təmin etmək;
- Tender komissiyasının işini təşkil etmək, iddiaçı şirkətlərin nümayəndələrinin iclaslarda iştirakı ilə bağlı zəruri tədbirlərin görülməsini və onlardan daxil olan sorğuların cavablandırılmasını təmin etmək;
- Daxil olmuş hesab fakturaların, aktların müqavilə öhdəliklərinə uyğunluğunu yoxlamaq;
- Müəssisədə həyata keçirilən satınalma prosedurları ilə bağlı rəhbərlik və digər dövlət orqanları üçün hesabatları hazırlamaq;
- Satınalmanın sənədlər toplusu satınalmanın keçirilməsi haqqında qərarın qəbul edildiyi gündən yığılmağa başlamaq və satınalma müqaviləsi tam yerinə yetirildikdən sonrakı 20 bank günü ərzində bitirmək və 5 il ərzində satınalan təşkilatda saxlamaq, sonra müəyyənləşdirilmiş qaydada arxivə vermək.
Namizədə tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 illik iş təcrübəsi;
- Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis və Rus dili;
- “Dövlət satınalmalar haqqında” Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə müvafiq biliklər;
- MS Office proqramları üzrə biliklər.
Digər məlumatlar:
İş yeri: Bakı şəhəri, Mikayıl Müşfiq 2H
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Təchizat üzrə mütəxəssis” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...
İnci Group of Companies Xarici satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...