Qısa məzmun
Ə/h razılaşma yolu ilə. GESCO ASC Maliyyəçi vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə dair tələblər:
- Mühasibatlıq/Maliyyə sahəsində ali təhsil ;
- Mühasibatlıq/Maliyyə sahəsində 2-3 il iş təcrübəsi,
- 1 C (8.3) mühasibatlıq proqramında, e-gov.az, e-taxes.gov.az sərbəst işləmə bacarığı,
- MS Office proqramları (xüsusilə Excel)
- Əla səviyyədə azərbaycan dili (rus və ingilis dili biliyi üstünlükdür)
- Vergi məcəlləsi, Əmək məcəlləsi və digər qanunlar və qanunvericilik aktları üzrə bilikləri;
- Analitik düşünmə, təhlil etmə, problemləri həll etmə, təqdimat və idarə etmə bacarığı,
- ACCA üzrə F3, (F7, F9 arzu olunandı).
Vəzifə öhdəlikləri:
- Büdcələmənin təşkili və idarə olunması proseslərinin həyata keçirilməsini təmin etmək,
- Büdcə planlama prosesinin təşkilinin, formalaşdırılmasının, icrasının təmin edilməsi və büdcə, planlama təhlillərinin aparılması,
- Büdcə illəri üzrə maliyyə vəziyyətinin təhlili, müqayisəsi və gələcək illər üzrə proqnozların hazırlanması,
- Aylıq və illik maliyyə planlaşdırılmasını həyata keçirmək, xərclərin plana uygun bölüşdürülməsinə nəzarət etmək,
- MHBS əsasında hazırlanmış maliyyə hesabatları üzrə maliyyə təhlillərinin aparılması və müqayisəli cədvəllərin hazırlanması,
- Maliyyə Hesabatlarının Beynəlxalq – Standartlarında baş verən dəyişikliklərin və yeniliklərin izlənilməsi və tətbiq edilməsi,
- Alış proesesində alınmış mal və xidmətlərin layihələr üzrə mühasibatlıq proqramında düzgün bölüşdürülməsi,
- Əsas vəsaitlər üzrə uçotu hazırlanması və əsas vəsaitlərin layihələrə uyğun bölüşdürülməsi ,
- Layihələr üzrə aylıq rentabellik cədvəlinin hazırlanması,
- Kreditorlar üzrə analitik uçot əməliyyatlarının aparılması, qalıqların yoxlanılması, hesabatların rəhbərliyə təqdim edilməsi,
İş şəraiti:
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun iş şəraiti.
- İş rejimi – 5 günlüki
- İstirahət vaxtı- şənbə, bazar.
- İş saati – 09:00-18:00
Əlaqə:
Telefon: (+994 12) 310-05-77
Mob: (+994 55) 207-00-40 (+994 55) 206-87-89
Vakansiyaya müraciət üçün CV-nizi “Maliyyəçi” mövzusu ilə email ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...