Qısa məzmun
Avrora MMC şirkəti Maliyyə analitiki vəzifəsi üzrə vakansiya elan edir. Problem həll etmə bacarığı olmalıdır.
Əsas vəzifə öhdəlikləri:
- Maliyyə hesabatlarının hazırlanması;
- Maya dəyərinin analizi və kənarlaşmaların müəyyən edilməsi;
- Büdcələrin hazırlanması və təsdiq edilən büdcələrin izlənilməsi;
- Maliyyə hesabatlarının analizi və maliyyə əmsallarının hesablanması;
- Satış hesabatlarının hazırlanması və təhlil edilməsi;
- Malların marjinallığının hesablanması və təhlil edilməsi;
- Hesabat dövrünün xərclərinin yoxlanılması və analiz edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olması;
- Problem həll etmə bacarığı;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Maliyyə və mühasibatlıq sahələri üzrə ali təhsil;
- Beynəlxalq maliyyə hesabatı standartları haqqında biliklər (F3);
- İş təcrübəsi : Mühasibatlıq və yaxud maliyyə sahəsində ən az 1 il iş təcrübəsi;
- Kompüter bilikləri: MS Office proqramlarından (yüksək səviyyədə Excel və maliyyə sertifikasiyası üzrə biliklərinin olması arzuolunandır) istifadə etmək bacarığı;
- Dil bilikləri: Azərbaycan (əla), İngilis və Rus dilləri arzuolunandır.
İş şərtlərimiz:
- Həftədə 5 iş günü;
- İş saatları: 09:00-18:00;
- İş yeri : Bakı ş., Aşıq Molla Cümə küçəsi, 46C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- İşçilərə qayğı proqramı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları;
- Həyat yaşam sığortası (könüllü).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Maliyyə Analitiki” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Abacus Audit And Consulting İstehsalat üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...