Qısa məzmun
Azersun Holding şirkəti Maliyyə Analizi üzrə Baş Mütəxəssis (Sumqayıt) vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
- Aidiyyatı sahə üzrə minimum 2-3 illik iş təcrübəsi;
- Peşəkar səviyyədə Microsoft office proqramlarını (xüsusilə Excel) bilməli;
- Ezamiyyətlərə hazır olmalı (ölkədaxili və ölkəxarici);
- Vergi və rüsumların ödəmə üsullarını bilməli;
- Eyni vaxtda bir neçə işə fokuslana bilməli;
- Beynəlxalq mühasibatlıqla bağlı olan sertifikatların (ACCA F3, F7) olması əlavə üstünlükdür .
İş haqqında məlumat:
- Maliyyə cədvəllərinin hazırlanması;
- Maliyyə fəaliyyətinin təhlili, idarəedilməsi və planlanması;
- Rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi;
- Pərakəndə və İstehsalat müəssisələrindən gələn hesabatlara əsasən data analizinin aparılması;
- Mütəmadi olaraq məhsuldarlığın və proseslərin analiz edilməsi, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Toplanılmış məlumatları analiz edərək sistemin təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq;
- Maliyyə ehtiyaclarının və maliyyə xərclərinin analiz edilməsi;
- Maliyyə cədvəlləri vasitəsilə layihə mənfəətinə təsir edən amillərin qarşısının alınması;
- Maliyyə ehtiyatlarının yetərli olub-olmadığını müəyyən etmək üçün maliyyə nisbətlərinin hesablanması;
- Maliyyə riskinin müəyyən edilməsi.
İş qrafiki: həftə içi 5 gün
İş Yeri Sumqayıt şəh.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Maliyyə Analizi üzrə Baş Mütəxəssis (Sumqayıt)” qeyd etməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...