Qısa məzmun
Time Academy Ofis menecer vəzifəsi üzrə vakansiya elan edir.
“Part-time” (09:00-15:00; 15:00-21:00)
“Full-time” (09:00-18:00; 12:00-21:00)
Namizəddən gözləntilərimiz:
- Azərbaycan dilində səlis danışma bacarığı
- Ana dilimizin qrammatika və orfoqrafiyasına bələd olmaq
- Tez öyrənmə, detallara diqqət yetirmə kimi bacarıqlar
- Rus və ingilis dili biliyi üstünlükdür
- MS Office proqram təminatları və Google Docs/Sheets ilə işləmə bacarığı üstünlükdür
Namizəd işə qəbul olduqdan sonra icra edəcəyi əsas tapşırıqlar:
- Telefon zəngləri və sosial şəbəkələr vasitəsi ilə gələn sorğuları cavablandırmaq
- Tələbələrlə bağlı olan müəyyən məlumatların sistemə daxil edilməsi və emal olunması.
- Təhsil mərkəzinin tələbələrini qarşılamaq, zərurət yaranarsa tələbələrin tədris prosesi və dərslərin qrafikası bağlı çətinliklərini dinləyib, həll yolları düşünmək və icra etmək
- Təhsil mərkəzinin digər əməkdaşları ilə birlikdə işləyib, tədris prosesi ilə bağlı məsələləri həll etmək
- Müəllimlərin qrafiki, gələn sorğular barədə hesabatlar hazırlamaq
Namizəd bizimlə işləməklə nə(lər) qazanacaq:
- Gənc, dinamik komandanın üzvü olaraq, komandada işləmə bacarıqlarını inkişaf etdirmək.
- Fərdi inkişafın şirkət tərəfindən tam dəstəklənməsi.
- Tədris prosesində və təşkilatı işlərdə istifadə etdiyimiz proqram təminatlarını öyrənmək.
- Əmək bazarında ehtiyac olacaq vərdiş və bacarıqlara yiyələnmək.
- İngilis dilini təkmilləşdirmək üçün dərslərimizə qoşulma şansı.
- Ədalətli idarəetmə mühitində işləmək.
- Komandamızın hazırda üstündə işlədiyi təhsil prosesi sisteminə öz töhfəsini vermə şansı.
- Şirkətə qatılan əlavə dəyərin hər zaman qarşılığını görmək.
Maaş:
- part-time (200-300)
full-time (400-600) - Ünvan: Nizami m/st yaxınlığı
- Digər detallar müsahibə zamanı müzakirə edilərək müəyyənləşdiriləcək.
- Müraciət üçün “CV” və özünüz haqda qısa məlumatı “Office Manager” başlığı ilə bizə göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
1000₼
Baş İnsan Resursları MütəxəssisiBrand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
İnsan Resursları üzrə mütəxəssis
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...