Qısa məzmun
Green City Resort & Residence Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifələri:
- Maliyyə nizamına ciddi əməl edilməsi, xərclərin, debitor borclarının, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsi, gündəlik bank qalığının yoxlanılmasına nəzarət edilməsi;
- Mühasibat sənədlərinin saxlanılmasına nəzarət edilməsi, onların müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirilməsi;
- Aşkar olunan nöqsanların mümkün olduğu halda dərhal yerində həll edilməsi;
- Mühasibat məlumatlarının 1C bazasına vaxtı vaxtında işlənməsi, Vergilər Nazirliyinə və DSMF-na təqdim edilən bəyannamələr və hesabatların düzgünlüyünün yoxlanılması;
- Statistika hesabatlarının vaxtında təqdim olunmasının təmin edilməsi;
- Şirkətlərlə bağlanan müqavilələrin, invoysların və digər maliyyə sənədlərinin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi və prosesə nəzarət edilməsi;
- Əmək haqqının AR Əmək Məcəlləsinə uyğun hesablanması və köçürülməsi;
- Şirkətin maraqlarını əsas tutaraq, şirkətin maliyyə vəziyyətinin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq amillər barədə rəhbərliyin məlumatlandırılması və həlli barədə məsləhətlər verilməsi;
- Maliyyə hesabatı, müəssisənin fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkili;
- Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanmasına, cari sənədlərin unifikasiyasınıa, uçot- hesablama işlərinin effektiv vasitələrinin yeridilməsi işlərinə rəhbərlik edir:
Tələblər:
- Mühasibatlıq və ya maliyyə ixtisası üzrə ali təhsil
- Aidiyyatı sahə üzrə minimum 5-10 il iş təcrübəsi;
- Peşəkar səviyyədə Microsoft Office (Excell, Word, Outlook), 1C (8.3) proqramında işləmək qabiliyyəti;
- Beynəlxalq sertifikatların (ACCA F3, F7.) olması əlavə üstünlükdür.
- Komandada işləmə və düzgün idarəetmə bacarığı;
- Yüksək analitik qabiliyyəti və problem həll etmə bacarığı;
İş haqqında məlumat:
- İş saatları Həftənin 5 günü:
- Nahar şirkət tərəfindən verilir
- Servis xidməti mövcuddur
- Ünvan: Şıxov, Salyan şosesi.14 cü km
- Əmək haqqı: 1200-2000 AZN
Tələblərə uyğun olan namizadlərdən CV lərini mövzu bölməsində “Baş mühasib” qeyd etməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
900 — 1100 ₼
1C operatorCamal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
900 — 1100 ₼
1C operatorCamal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı Mühasib
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı Mühasib
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...