Keyfiyyətə Nəzarət üzrə Mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Crocus Construction Keyfiyyətə Nəzarət üzrə Mühəndis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Layihənin xüsusiyyətləri, təsvirləri, metodikası və Keyfiyyətə nəzarət planları prosedurlarını hazırlamaq;
  • İşlərin yerinə yetirilmə metodunun hazırlanması və müştəri ilə razılaşdırılması;
  • İşin əhatə dairəsi üzrə Təftiş Test Planının hazırlanması və təsdiqlənməsi;
  • Layihənin bütün növ sənədlərin qeydiyyatı həmçinin bütün digər layihələrə aid xüsusi keyfiyyətə nəzarət hesabatları yaratmaq, yeniləmək və saxlamaq;
  • Müəyyən edilmiş tələblərə, standartlara və ya direktivlərə dair tamlığı və uyğunluğunu yoxlamaq;
  • Hesabatların,sənədlərin yoxlanılması, tələb olunan keyfiyyət sənədlərini toplamaq və göndərmək;
  • Tikinti sahəsində aparılan işlərin layihə tələblərinə, norma və standartlara uyğun olaraq həyata keçirilməsini təmin etmək və yerinə yetirilmiş işlərin qəbulunda iştirak etmək, növbəti işin başlanılmasına icazə vermək;
  • Uyğunsuzluq hesabatı, düzəldici və önləyici fəaliyyət (NCR, CAP) hesabatlarının hazırlanmasında və icrasında icraçılarla əməkdaşlıq edir və həyata keçirir. Verilmiş uyğunsuzluq və ya düzəldici önləyici hesabatlarını sistemli olaraq qeydiyyatını aparır və müvafiq düzəliş tədbirlərini müəyyən edir;
  • Testlərin, nəzarətin və yoxlamaların aparıldığından və icraçıların bütün lazımi layihə sənədlərindən istifadə edə biləcəyindən əmin olmaq;
  • Mühəndis kommunikasiya sistemlərinin sınaqdan keçirilməsi və istifadəsi üzrə koordinasiya etmək və sənədləşdirməni aparmaq;
  • İşin keyfiyyətinə təsir edən məsələləri həll etmək və ya işin keyfiyyətinə mənfi təsir edə biləcək zəruri hallarda işi dayandırmaq;
  • Ölçü alətlərinin kalibrasiyadan keçirilməsinə və müvafiq sertifikatların alınmasına nəzarət etmək;
  • Tikinti sahəsinə daxil olan materialların layihə uyğunluğunu yoxlamaq, tələblərə cavab vermədikdə isə materialın qəbulunu dayandırmaq;
  • Sub- podratçıların keyfiyyətə nəzarət planlarının və hesabatlarının nəzərdən keçirilməsi, yoxlanması və təsdiqlənməsi;
  • Layihə üzrə Keyfiyyətə nəzarət üzrə Təlim Planınının hazırlanması və həyata keçirilməsi;
  • Təhlükəsizlik və keyfiyyətin idarəsi üzrə aylıq  hesabatın hazırlanması və Rəhbərliyə təqdim edilməsi.

Namizədə bağlı tələblər:

  • Mühəndislik üzrə ali təhsil
  • Tikinti sahədə iş təcrübəsi 5 (il) ildən az olmamaq şərtilə
  • Keyfiyyətə nəzarət prosedurları və standartları üzrə biliklər;
  • ISO Keyfiyyət İdarəetmə Sistemi üzrə bilik və təcrübə;
  • RFI Keyfiyyət İdarəetmə Sistemi üzrə bilik və təcrübə;

Əlavə məlumat:

  • Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.
  • İş saatı: 6 günlük iş qrafiki ilə təyin olunur.
  • Şirkət tərəfindən servis təşkili
  • Nahar yeməyi
  • İş yeri: Nardaran qəsəbəsi, “Seabreeze”

Qeyd: Xahiş olunur CV-nizi “Keyfiyyətə Nəzarət üzrə Mühəndis “ mövzusu ilə elektron ünvanına göndərəsiniz. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı