Qısa məzmun
Aqrar İnnovasiya və Təchizat Şirkəti Korporativ Satış üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə olan tələblər:
- Təcrübə: Korporativ Satış sahəsi üzrə minimum 3 il təcrübə;
- Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (arzuolunandır);
- Təqdimat bacarığı;
- İnandırma bacarığı;
- Satış texnikaları üzrə biliklər;
- Ünsiyyət qurma bacarığı;
- Komandada işləmək bacarığı;
Vəzifə öhdəlikləri:
- Müxtəlif kateqoriyalı kənd təsərrüfatı məhsullarının korporativ satışının həyata keçirilməsi;
- Müştərilərə məhsul qruplarının tanıdılması;
- Müştəri bazasının formalaşdırılması və artırılması üçün aktiv B2B görüşlərinin keçirilməsi;
- Müştəri tələblərinin öyrənilməsi, qarşılanması və daimi loyallığın təmin edilməsi;
- Müştəri borc öhdəlikləri və ödənişlərini daim nəzarətdə saxlamaq;
- Məhsulların təmin edilməsi prosesini tam nəzarətdə saxlamaq, sənədləşmə məsələlərini həll etmək.
İş şərtlərimiz:
- İş qrafiki : 5 gün (bir neçə həftədən bir şənbə günü növbəli iş vardır;
- İş saatları: 08:30-17:30;
- İş yeri: Ə.Rəcəbli/Çinar Park;
- Şirkət tərəfindən korporativ nömrə;
QEYD:Şəxsi avtomobilin olması şərtdir. Xərclər şirkət tərəfindən qarşılanacqdır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ Satış üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...