Qısa məzmun
Araznet MMC Satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzi̇fə Öhdəli̇kləri̇:
- Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi və satınalma sorğularının icrası;
- Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
- Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili, xarici bazarda araşdırılması;
- Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların,danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
- Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
- Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
- Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
- Gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün lazımi olan bütün sənədlərin vaxtında təqdim olunması)
- Təhlillərin aparılması və hesabatların hazırlanması.
Nami̇zədə Tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi ;
- Kompüter bilikləri -MS Office (Word,Excel,Outlook) ;
- Təchizatçıların idarəedilməsi üzrə proqram təminatı sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir;
- Dil bilikləri: Azərbaycan, ingilis (yüksək səviyyədə), rus dili biliyi üstünlükdür;
- Məsuliyyətlilik, planlaşdırmaq, komandada işləmək bacarıqları;
- Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları.
Maraqlanan namizədlər CV-lərini elektron ünvanına “Satınalma üzrə mütəxəssis” başlığını qeyd edərək göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
2200₼
Böyük Satınalma Mütəxəssisi (dövlət)BERC Group Böyük Satınalma Mütəxəssisi (dövlət) vəzifəsi üzrə vakansiya elan edir. ...