Qaynaqçı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Sumgait Technologies Park LLC Qaynaqçı vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan dilini sərbəst bilməlidir.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Cizgiləri, qaynaq simvollarını oxumağı və qaynaq alətindən istifadə qaydalarını bilməli;
  • Qaynaq aparatını işə salmazdan əvvəl ona nəzarət etməli, vizual baxış keçirməli, qaynaq məftilini, istifadə edilən qaz qarışığını yoxlamalı, aşkar edilən nasazlıqları aradan qaldırmalı və sahə rəisinə məlumat verməlidir;
  • Qaynaq aparatından istifadə edərkən istehsalçı zavodun istismar təlimatına əməl etməlidir;
  • İşə başlayarkən sahə rəisinin və yaxud növbə rəisinin növbə üçün nəzərdə tutulmuş tapşırığı ilə tanış olmalıdır;
  • Verilmiş tapşırığı yerinə yetirməli, bu barədə sahə rəisinə məlumat verməlidir;
  • Temperatur rejiminə ciddi nəzarət etməlidir;
  • Qaynaq avadanlıqlarının, avtomat və yarımavtomat qaynaq aparatların quruluşunu və işləmə qaydalarını, dəyişən və sabit cərəyanla qaynaq, qaynağın növlərini, qaynaq edilən metalların xassələrini bilməlidir;
  • Elektrodların markalarını və növlərini, qaynaq rejimlərinin seçilmə prinsiplərini, qaz qaynağında işlədilən qazların saxlanma metodlarını, qaynaq tikişlərinin sınanma və nəzarətetmə üsullarını, metalın markasından və qalınlığından asılı olaraq qızıdırılma qaydalarını və s. bilməlidir;
  • İşi qurtardıqdan sonra bütün alət və cihazları səliqə ilə öz yerinə yığmalı, iş yerini təmiz yığışdırmalı;
  • Daxili nizam-intizam qaydalarının tələbini, əmək mühafizəsi qaydalarını, yanğın təhlükəsizliyini, texniki təhlükəsizlik qaydalarını, istehsalat mədəniyyətinə riayət etməli;
  • İstehsalat sahəsində mövcud olan yanğın təhlükəsizliyinə dair təlimatı dəqiq bilməlidir.

TƏHSİL/TƏCRÜBƏ:

  • Orta-texniki təhsil;
  • Qaynaq üzrə müvafiq sertifikasiyaya malik olmalı;
  • Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
  • Metalların növləri, tərkibi barədə məlumatlı olmalı;
  • Verilmiş cizgilər əsasən metal hissələri quraşdırmağı bacarmalı;
  • Azərbaycan dilini sərbəst bilməli;
  • Dürüst, məsuliyyətli və nizam-intizamlı olmalıdır.

ƏLAVƏ MƏLUMATLAR:

  • Əmək haqqı razılaşma əsasında;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi – Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir;
  • Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Qaynaqçı” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

“STP” MMC irqi, rəngi, dini, cinsi, milli mənşəli, yaşı, əlilliyi və genetikası nəzərə alınmadan bütün işçilərinə və müraciət edənlərə bərabər iş imkanlarını təqdim edir. Dövlət qanunlarının tələblərinə əsasən, “STP” MMC-yə istənilən ərazidən müraciət edən namizədlərin/işçilərin işə qəbulunda ayrı-seçkilik etmir və bunu qayda-qanunlara uyğun olaraq həyata keçirir. Bu siyasət işə qəbul, işə götürmə, yerləşdirmə, vəzifə artımı, xitam vermə, geri çağırılma, yerdəyişmə, icazə, kompensasiya və təlim daxil olmaqla bütün qayda və şərtlərinə şamil olunu

r.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı