Trade marketinq mütəxəssisi (HoReCa üzrə)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Sirab ASC Trade marketinq mütəxəssisi (HoReCa üzrə) vəzifəsi üzrə vakansiya elan edir.

Əsas tələblər:

  • Minimum təhsil dərəcəsi: Bakalavriat (Marketinq, iqtisadiyyat yaxud idarəetmə sahəsində)
  • Komputer bilikləri: MS Office (Word, Power Point, Excel ) – əla;
  • Dil bilikləri: Azərbaycan dili- əla;
  • Cinsi: Qadın;
  • Təcrübə: Sürətli İstehlak sektorunda (əsasən spirtsiz və spirtli içkilər üzrə) minimum 1 il iş təcrübəsi;
  • B kateqoriyalı sürücülük vəsiqəsinin və şəxsi avtomobilin olması mütləqdir.

Fərdi keyfiyyət göstəriciləri:

  • Analitik düşünmə bacarığı;
  • Keyfiyyət yönümlülük;
  • Qərarlı, müştəri yönümlü, rəqabəti bacaran;
  • Komanda ilə işləmə bacarığı;
  • Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;
  • Planlaşdırma və problem həll etmə bacarığı.

İş barədə:

  • Bazar tələblərinin araşdırılması;
  • Müştərilərin yaxından tanınması, onların vərdişlərinin və seçimlərinin öyrənilməsi;
  • Satış nöqtələrində satış yönlü tədbirlərin, təqdimatların keçirilməsi;
  • Satış nöqtələrində istifadə edilən marketinq alətlərinin satış rəqəmlərinə müsbət və ya mənfi təsirinin, hədəf kütləsində yaratmaq istədiyimiz davranış dəyişikliyinin təmin edilib edilmədiyinin ölçülməsi;
  • Şatış sonrası proselərin izlənilməsi;
  • Rəfdə məhsulların çeşidlərinin mövcudluğuna nəzarət edilməsi;
  • İstehlakçılar və onların alış-veriş alışqanlıqları haqqında data toplanması;
  • Toplanan datalar yönündə strategiyaların inkişaf etdirilməsi, məlumatların doğru dəyərləndirilərək müəyyən proqnozların verilməsi;
  • Rəhbərliyə günlük hesabatların təqdim olunması.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq;
  • Yemək pulu və benzin pulu şirkət tərəfindən;
  • Korporativ telefon nömrəsi və danışıq paketi.

İş vaxtının norması:

  • 09:00-18:00 / 5 günlük iş həftəsi
  • Həftənin 1 günü ofis daxili, digər günləri ofis xaricində olacaqdır.

İş yeri: Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5).

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Trade marketinq mütəxəssisi” yazmaqla e-mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı