Qısa məzmun
Xalq Həyat Sığorta Maliyyə monitorinqi şöbəsinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş qrafiki: 09:00 – 18:00 (bazar ertəsi – cümə)
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr.,22 L.
Tələblər:
- İqtisadiyyat, maliyyə, menecment və ya hüquq üzrə tam ali təhsil;
- Səlis azərbaycan dili və yaxşı səviyyədə ingilis dili biliyi, rus dili arzuolunandır;
- Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- PL/TMM üzrə minimum 2 il iş təcrübəsi;
- CAMS sertifikatının olması arzuolunandır;
- PL/TMM qanunvericiliyi və bu sahədə beynəlxalq standartlar üzrə biliklər;
- Analitik düşünmə və şübhə doğuran əməliyyatlara diqqət etmək qabiliyyəti;
- Komanda tərkibində işləmə və işi düzgün planlaşdıraraq vaxtında icra etmək bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik,etibarlılıq kimi müsbət göstəricilərin olması.
İşin təsviri:
- PL/TMM üzrə hesabatların tərtib olunması, təqdim edilməsi üzrə işlərin görülməsi;
- PL/TMM üzrə sorğuların cavablandırılması;
- PL/TMM üzrə monitorinqlərin aparılması və şübhəli əməliyyatların araşdırılması;
- PL/TMM üzrə tələblərin icrasına nəzarətin həyata keçirilməsi;
- PL/TMM üzrə təkliflərin verilməsi və təkmilləşmə işlərinin aparılması;
- Vəzifə öhdəliklərindən irəli gələn digər işlərin görülməsi.
Qeyd: CV-lər azərbaycan dilində, “Xalq Həyat” Sığorta Şirkətinin saytında yerləşdirilmiş CV formasını doldurmaqla göndərilməlidir. Əks halda Tələblərə uyğun olmayan və mail-da mövzu qismində “Maliyyə monitorinqi şöbəsinə mütəxəssis” qeyd olunmayan “CV”-lərə baxılmayacaq.
Oxşar vakansiya siyahısı:
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...
Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...