Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Ziraat Bank Azərbaycan ASC Büdcə və maliyyə nəzarət üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifəyə olan tələblər:
- Ali iqtisadi təhsil;
- Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması;
- Büdcə və ya maliyyə nəzarət sahəsində 3 / 6 il iş təcrübəsi;
- ACCA, CIMA və CFA sertifikatlarının olması. ACCA F2 (MA), F3 (FA), F5 (PM) və ya CIMA BA2, BA3, P1 (MA) sertifikatının olması və ya adıçəkilən kitabların məzmununu əla səviyyədə bilməsi;
- MS Office proqramlarını (xüsusi ilə MS Excel, MS Powerpoint) bilmək və işində istifadəsini təmin etməsi;
- SQL biliyi arzuolunandır;
- Azərbaycan dili (əla), ingilis dili (orta) səviyyədə biliklərə malik olması;
- Yüksək səviyyədə məntiq və riyazi bilik;
- Analitik düşünmə qabilliyəti və yaranmış problemlərin həll etmək bacarığının olması.
Vəzifə öhdəlikləri:
- Bankın büdcə prosesində aktiv iştirak edərək ilkin iqtisadi təhlil edilməsi;
- Gəlir və xərc mərkəzlərindən məlumatların toplanılması və təhlil edilərək büdcəyə əlavə edilməsi;
- Büdcə prosesini koordinasiya edərək məlumatların konsolidasiyası;
- Büdcənin icrasına gündəlik nəzarətin qurulması və icrası,
- Büdcənin icrası üzrə aylıq təhlil və təqdimatların hazırlanması;
- Əməliyyatların uçotunun standartlara uyğun aparılmasına nəzarət edilməsi;
- Mənfəətlik və effektivlik təhlillərinin (proseslər, məhsullar, gəlir-xərc mərkəzləri) həyata keçirilməsi və təkliflərin verilməsi;
- Bankın fərdi performans dəyərləndirmə (KPI) sisteminin meyarlarınının müəyyənləşdirməsi və sistemin əlaqədar struktur bölmələrlə birlikdə koordinasiyalı təşkil edilməsi və icra edilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər aprel ayının 6-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Büdcə və maliyyə nəzarət üzrə aparıcı mütəxəssis/böyük mütəxəssis” qeyd etməyiniz vacibdir.
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...