Satınalma, təchizat və logistika üzrə baş mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

“Azərbaycan Sənaye Korporasiyası” ASC şirkəti Satınalma, təchizat və logistika üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Namizədlərə dair tələblər:

  • Biznes/Menecment/İqtisadiyyat üzrə ali təhsil; (magistr təhsili arzuolunandır);
  • Satınalma sahəsində müvafiq olaraq 3 ildən az olmayaraq  iş təcrübəsi;
  • Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə mükəmməl biliklər;
  • Səlis  Azərbaycan dili, İngilis və ya Rus dili bilikləri;
  • Logistika və anbarların təşkili prinsipləri;
  • Dövlət satınalmalarının vahid internet portalında işləmə təcrübəsi;
  • ERP sistemi, Word, Excel, Power Point və Outlook proqramlarını yaxşı səviyyədə bilmək;
  • CIPS 4 və ya digər beynəlxalq satınalma sertifikatlarına sahib olan namizədlərə üstünlük veriləcəkdir;
  • INCOTERM ilə işləmək qabiliyyəti.

İşin təsviri:

  • Satınalma prosesinin vaxtında, satınalma planına və qanunvericiliyə uyğun olaraq icra edilməsi;
  • Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
  • Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
  • Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
  • Dövlət satınalmalarının vahid internet portalında müvafiq əməliyyatlar aparmaq;
  • Tədarükçülərin araşdırılması, əlaqələrin yaradılması;
  • Satınalmalar planı hazırlamaq və onun tətbiqini təmin etmək;
  • Tender iştirakçılarının ilkin siyahısını hazırlamaq. Yeni potensial tender iştirakçılarına dair tələbləri müəyyənləşdirmək;
  • Ödəniş sorğuları və ödənişlərə nəzarətin həyata keçirilməsi;
  • Rəhbərliyin digər tapşırıqlarının icrası.

Əmək haqqı – 1 800 AZN gross

Yalnız tələblərə uyğun namizədlər müraciət etsin.

Oxşar vakansiya siyahısı:

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı