Qısa məzmun
Veysəloğlu MMC şirkəti Ticari marketinq üzrə analitik vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
Vəzifə funksiyaları:
- Kampaniyaların hazırlanması,təsdiqlənməsi və satış komandası ilə koordinasiyanın qurulması;
- Kampaniya büdcələrinin izlənilməsi,hər hansı uyğunsuzluqlar aşkar edildikdə araşdırılması və düzəliş edilməsi
- Satış analizlərinin edilməsi,təqdimatların hazırlanması
- Aylıq marketinq xərclərinin,ABC,Bazar həcmlərinin təhlil olunması hesabatını hazırlamaq və müvafiq strukturlara təqdim edilməsi
- Kampaniya gedişatına nəzarət etmək, təsdiqlənmə prosesini kontrolda saxlanılması
- Kampaniyaların inkişafı istiqamətində müvafiq təkliflər irəli sürmək
- Sistemdə olan kampaniyalara dəyişikliklərin edilməsi prosesini həyata keçirmək
- Hazır olan kampaniyaları aidiyyatı üzrə satış kanallarına elan etmək
Vəzifə tələbləri:
- Ali təhsil
- MS Office,xüsusilə Excel,Power Point proqramını əla bilmək
- Azərbaycan və İngilis dillərini səlis bilmək
- Problemləri operativ həll etmək
- Yüksək ünsiyyət bacarığı
- Punktuallıq və detallara diqqət etmə bacarığı
- Analitik düşünmə və təhlil etmə qabiliyyəti
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Ticari marketinq üzrə analitik” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
MAX PRINT — одна из ведущих компаний в области цифровой печати, производства наружной рекламы и ...
BERC şirkətlər qrupu SMM mütəxəssisi ( Təcrübəçi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...
RAM Holding Sosial Media Reklamları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Azerfon Veb Yerləşdirmə üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...