Qısa məzmun
Badamlı Mineral Sular Merçendayzer qrup rəhbəri (supervayzer) vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Satış nöqtələrində şirkət məhsullarının müvafiq standartlara uyğun sərgilənməsinin təşkili və nəzarətdə saxlanılması
- Ərazi üzrə satış nöqtələrinin bölgüsünün aparılması
- Merçendayzer komandasının idarə olunması və fəaliyyətinin nəzarətdə saxlanılması
- Şirkətin müvafiq standartlarının komandaya öyrədilməsi, yeni əməkdaşların işə adaptasiya olunması
- Komandanın davamiyyətinə nəzarət
- Satış nöqtələrində görülmüş merçendayzinq işlərinin gündəlik təhlili və aşkarlanan boşluqların aradan qaldırılması, bu istiqamətdə təkliflərin verilməsi
- Şirkət standartlarına uyğun qaydada komandanın fəaliyyət keyfiyyətinin, yeni işçilərin sınaq müddətinin qiymətləndirilməsi, motivasiyasının təşkili
- Mütəmadi, müəyyən olunmuş qaydada fəaliyyəti haqqında hesabatların təqdim edilməsi
- Satış nöqtələrində şirkətin fəaliyyətinə mane olan problemlərin aşarkalanması halında bilavasitə rəhbərinin vaxtında xəbərdar edilməsi
- İş qrafiki: həftənin 1-6 günləri tam iş günü
- Əmək haqqı: müsahibə əsasında təyin olunacaq
- Rabitə xərcləri şirkət tərəfindən ödəniləcək
Namizədə tələblər:
- Ali təhsil
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- Marketinq və merçendayzinq üzrə bilik
- Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti
- İdarə etmə, effektiv problem həll etmə, ünsiyyət və təqdimat bacarıqları
- Kreativlik və analitik düşünmə qabiliyyəti
- Şəxsi avtomobilin olması mütləqdir
- Tələblərə uyğun namizədlərdən CV-lərini “Supervayzer” başlığı altında karyera@badamli.az e-ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Kargüzar vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...
AzeriMed LLC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona MMC şirkəti Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Inci Group of Companies LLC Ekspeditor vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...