Qısa məzmun
Nirvana mebel aparıcı mühasib üzrə vakansiya elan edir.
Tələblər:
- İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə – Ali təhsil;
- Mühasibatlıq sahəsində 3-5 il,istehsal sahələrində 2 illik iş təcrübəsi olmalı;
- Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə mükəmməl biliklərə sahib olmalı;
- Müvafiq sahə üzrə sertifikatları olmalı;
- 1 C sistemi üzrə bilik və təcrübələri olmalı, , MS Excel üzrə mükəmməl biliklərə sahib olmalı;
- Mühasibat qaydaları, vergi qanunvericiliyi, Əmək qanunvericiliyi sahib olmalı;
- Azərbaycan və rus dillərində səlis danışa bilməli.
- Kişi namizədlərə üstünlük veriləcək
Vakansiyanın təsviri:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Mühasibatlıq modulu üzrə gündəlik əməliyyatların 1C proqramına daxil edilməsi;
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət;
- Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi;
- Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların mühasibat standartalarına uygun uçotunu təmin etmək;
- Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin həyata keçirilməsi;
- Mal və materialların, digər qiymətlilərin inventarizasiyasında iştirak etmək, qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasını təmin etmək; Maliyyə hesabatlarının hazırlanması (Balans, Mənfəət və Zərər, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat və s.);
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
- 5 günlük iş qrafiki (09:00-18:00)
- İş yeri Ramanı qəsəbəsində yerləşir
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır. ( 1000-1500 azn arası)
Tələblərə uyğun gələn namizədlər Cv-lərini Aparıcı mühasib qeyd etməklə hr@alc-finance.com mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Mühasib
Palıd-2015 MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşünmə və analiz qabiliyyəti olmalıdır. Nahar şirkət tərəfindən verilir. ...
Vergilər üzrə mütəxəssis
PASHA Insurance Vergilər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Sumqayıt şəhəri üzrə Kiçik və Orta Biznes Kreditləri sahəsində təcrübə proqramı
ATB Bank Sumqayıt şəhəri üzrə Kiçik və Orta Biznes Kreditləri sahəsində təcrübə proqramı vəzifəsi üzrə vakansiya elan edir. ...
Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...