Qısa məzmun
Baku Electronics Əməliyyat Şöbəsi – Kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Nisyə satış üçün tələb olunan sənədlərin qanunvericiliyə və daxili qaydalara uyğunluğunu yoxlamaq;
- Müştəri və müqavilə məlumatlarının əməliyyat proqramına düzgün daxil edilməsini yoxlamaq;
- Aşkar olunmuş səhvlər barədə müvafiq əməkdaşları məlumatlandırmaq və nöqsanların aradan qaldırılması üzrə tədbirlər görmək;
- Müştərilərin şirkətin daxili qaydaları ilə müəyyən olunmuş tələblərə uyğunluğunu yoxlamaq;
- Nisyə satış müqavilələrinin daxili qaydalara uyğun rəsmiləşdirilməsini yoxlamaq;
- Nisyə satış üzrə əməliyyatların uçotunun düzgün və vaxtlı-vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
- Nisyə satış əməliyyatları ilə bağlı tələb olunan hesabatları tərtib və təqdim etmək;
- Daxili qaydalara uyğun olaraq əməliyyat şöbəsinə həvalə olunmuş tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Ali təhsil;
- Yüksək yazılı və şifahi ünsiyyətqurma qabiliyəti;
- Üzərinə düşən vəzifələrin tam vaxtında, keyfiyyətli və müstəqil icrasını yerinə yetirmək;
- İş mühitinə uyğunlaşmaq, kollektivlə birgə işləmək.
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Kiçik mütəxəssis” qeyd etməklə cv@bakuelectronics.az e-mail ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Müştərilərə xidmət üzrə əməliyyatçı
Invest AZ QSC Müştərilərə xidmət üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir.. ...
Çağrı mərkəzi üzrə operator
İnci Group of Companies Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...
600₼
Animator-KuryerƏmək haqqı: 600Azn+bonus. Supertoys Animator-Kuryer vəzifəsi üzrə vakansiya elan edir. ...