Qısa məzmun
Nur Retail MMC Mağaza müdirinin müavini vəzifəsi üzrə vakansiya elan edir.
“ARMO Store” Supemarketlər şəbəkəsinə Mağaza müdiri tələb olunur
İş barədə məlumat
- 6 günlük iş həftəsi
- İş qrafiki 2 növbəlidir
- Əmək haqqı 700 AZN+ 600 AZN bonus
- İllik məzuniyyət haqqı ödənilir
- AR Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə
Vəzifələr:
- Marketin gündəlik açılıb-bağlanılması işinin icrasına nəzarət və satışını idarə etmək;
- Müntəzəm olaraq məhsulların stoklarını yoxlamaq;
- Market üçün lazım olan malların müvafiq firmalardan sifariş etmək;
- Firma tərəfindən mağazaya verilən məhsulları firma nümayəndəsinin iştirakı ilə qaiməyə əsasən yoxlayıb qəbul etmək;
- Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək;
- Marketin heyəti tərəfindən müştəri məmnuniyyətinin təmin edilməsinə nəzarət etmək;
- Marketin fəaliyyətinə aid hesabatların təqdim etmək;
- Satış zamanı alınan məhsulun qaytarılma və ya dəyişdirilmə prosesinin doğru edilməsinə nəzarət etmək;
- Market avadanlıqlarında baş verən problemlərin həlli üçün müvafiq struktur bölməsinə müraciət etmək və həll edilməsinə nəzarət etmək;
- Personala rəhbərlikdən alınan əmr və göstərişləri çatdırmaq və icrasına nəzarət etmək;
- Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək;
- Ticarət zalına lazım olan malların sifarişini formalaşdırmaq;
- Marketin və personalın səliqə və təmizliyinə nəzarət etmək;
- Alıcılara təklif olunan malların çeşidinə və keyfiyyətinə nəzarət etməlidir;
- Rəflərdə malların rahat və əlverişli düzülüşü üzrə satıcıların işinə nəzarət etməlidir;
- Malların qəbuluna, düzülüşünə, qiymət etiketlərinin düzgünlüyünə və hər bir malın qiymətinin üzərində olmasına nəzarət etməlidir;
- Rəhbərliyin digər göstərişlərini yerinə yetirməlidir;
Namizədə tələblər
- Bəy namizədləri
- Yaş həddi 30-40
- Komanda ilə işləmə bacarığı
- Məsuliyyətli, təşəbbüskar
- Ofis proqramları biliyi
- Supermarket sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir
Elektron müraciət üçün CV formasını hr@nurretail.az e-mail adresinə göndərə və ya 055-2988994 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Absheron Satış üzrə auditor vəzifəsi üzrə vakansiya elan edir. ...
İceland şirkət Regionlar üzrə satış müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Supermarket MMC Satıcı-kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...
İnci Group Of Commpanies Merçandayzer ( QUBA ərazisi üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Atəşgah sığota Pərakəndə SatışSığorta üzrə Sığorta Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...