Qısa məzmun
Azərbaycan Dəmir Yolları Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
- Tələb olunan biznes proseslərinin analiz edilməsi, texniki tapşırıqların hazırlanması;
- Visio proqramında iş axışlarının hazırlanması;
- Layihə çərçivəsində istifadəçi tələblərinin toplanması üçün proses sahibləri ilə görüş və müsahibələrin həyata keçirilməsi;
- İstifadəçinin tələbləri əsasında sistemin məntiqi dizaynının, müxtəlif tipli diaqramların, sxemlərin və istifadəçi interfeysi eskizlərinin hazırlanması;
- İstifadəçi tələblərinin analizi nəticəsində “Sistem Analiz” sənədinin hazırlanması və müştəri ilə razılaşdırılması, IT və digər əməkdaşlarla müzakirə edilməsi;
- Sistemin tətbiqi mərhələsində lazımi təlimlərin verilməsi və istifadəçi təlimatlarının hazırlanması;
- Tələblərin izlənilməsi, ilkin testlərin aparılması və yeni funksionallığın test olunması.
Tələb olunan təhsil, təcrübə və bacarıqlar:
- Avtomatlaşdırılmış proseslər (Biznes, İT), proseslərin idarə edilməsi üzrə biliklər;
- Biznes analitika və ya oxşar sahədə ən azı 2 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
- Müvafiq sahə üzrə ali təhsil;
- Proqram təminatının təmin olunması prosesi haqqında biliklər;
- MS Office proqramları üzrə yaxşı səviyyədə biliklər, (xüsusilə MS Visio)
- İngilis dilini yaxşı səviyyədə bilmək
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera səhifəsinə keçid edərək vakansiyaya müraciət etmələri xahiş olunur.
Son müraciət tarixi: 29.09.2022
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Oven Food Bakery Satış üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...