Qısa məzmun
River INN Resort and SPA Baş aşpaz vəzifəsi üzrə vakansiya elan edir.
Nəyi bilməlidir:
- Qida Təhlükəsizlik Qaydalarını;
- Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini;
- Azərbaycan dili və Rus dili (İngilis dili arzuolunandır);
- Sərbəst istifadəçi səviyyəsində Microsoft Word, Excel, Outlook proqramlarını.
Nəyi bacarmalıdır:
- Davranış və ünsiyyət;
- Təhliletmə və qərarvermə;
- Məsuliyyəti üzərinə götürmə;
- Detallara diqqət yetirmə;
- Çeviklik;
Xüsusi tələblər:
- Uyğun sahə üzrə təhsil;
- Yaş həddi: 30-50 yaş;
- Müvafiq vəzifə üzrə azı 5 il iş təcrübəsi;
Gözlənilən davranışlar:
- Nizam-intizamlı;
- Nəticəyönümlü;
- Tələbetmə və yönləndirmə bacarığı;
- Komandada işləmə və düzgün idarəetmə.
- Gigiyenik qaydalara nəzarət etmə;
İş şəraiti:
- İş qrafiki: 5 günlük;
- AR ƏM -nə müvafiq sənədləşmə;
- Korporativ nömrə və lojman ilə təmin edilmə;
- Ünvan: Xaçmaz rayonu, Nabran kəndi “River INN Resort & SPA” mehmanxanası
Vəzifə öhdəliyi:
- Şirkətin keyfiyyət və qida təhlükəsizliyi standartlarını çox yaxşı bilməli və tətbiq etməli;
- Bufetin hazırlanması, yenilənməsi və təmizlənməsi proseslərinə yardım etmək;
- Bufetin xidmət göstərdiyi saatlarda əskilən məsulların yenidən doldurulmasını təmin etmək;
- Qida təhlükəsizliyi mövzusuna aid hər hansı bir problemi həll etmək və qeydiyyatını aparmaq;
- Məhsulların qəbulu və anbarda saxlanılmasına nəzarət etmək;
- Mehmanxananın yemək xərclərinin büdcə ilə uyğun olmasını təmin etməyə kömək etmək üçün standart reseptlərə riayət etmək və tullantıları minimuma endirmək;
- Xüsusi yeməklərin hazırlanması metodları və tərkibi ilə bağlı qonaqların xahişlərini yerinə yetirərkən, mümkün qədər çevik olmaq;
- Bütün istismar avadanlıqları və ləvazimatlarını ehtiyatla istifadə edərək itkilər və tullantıları minimuma endirmək;
- Aşpaz köməkçilərinin və texniki təmizlik işçilərinin standartlara uyğun çalışıb-çalışmadığına nəzarət etmək;
- Mətbəxdə olan ləvazimatların istifadəsi zamanı diqqətli olmaq və bu barədə işçilərə məlumat vermək;
- İstifadə olunan məhsullara nəzarət etmək və lazım olduğu zaman yeni məhsullar sifariş etmək;
- Mətbəxdə olan bütün ərazilərin təmizliyinə və işçilərin uniformalarının səliqəli və gigiyenik olub-olmamasına nəzarət etməlidir;
- Hər hansı bir problem və ya nöqsanla qarşılaşdığında bu barədə aşpazlara məlumat vermək və məsələnin qısa zamanda aradan qaldırılmasını təmin etmək;
Tələblərə uyğun nazmidlər öz CV-lərini mövzu hissəsində “Baş aşpaz” qeyd etməklə mailə göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Baş Mexanik
Grand Motors Baş Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Texnoloq
Camal LTD şirkəti Texnoloq vəzifəsi üzrə vakansiya elan edir. ...
Texnoloq
Camal LTD şirkəti Texnoloq vəzifəsi üzrə vakansiya elan edir. ...
Fəhlə
İİnci Group Of Commpanies Fəhlə vəzifəsi üzrə vakansiya elan edir. ...