Qısa məzmun
Ə/h 700-1000 AZN. Prime Audit Mühasib vəzifəsi üzrə vakansiya elan edir. 1 C proqramında sərbəst işləmək təcrübəsi olmalıdır.
İş barədə məlumat:
- – Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
– Vergi və mühasibat uçotunun aparılması
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
– Debitor və kreditor hesablaşmaların aparılması
– Əmək haqqı hesablanması
– Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.
– Mal-materialların uçotunun aparılması
– Aylıq hesabatlarınin tərtib edilməsi
– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
– Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
– AR əmək məcəlləsinə əsasən sənədləşmə
– İş qrafiki: I-V 10:00-dan 18:00-dək: şənbə 10:00-15:00
Namizədə tələblər:
- – Ali iqtisad təhsili
– Savadlı şifahi və yazılı nitq (ingilis, azərbaycan, rus dilləri)
– Analoji vəzifədə minimum 3 illik iş təcrübəsi
– Mühasibat uçotu metodologiyası sahəsində biliklər
– Maliyyə hesabatı üzrə milli və beynəlxalq standartlar sahəsində biliklər
-1 C proqramında sərbəst işləmək təcrübəsi
– www.e-gov.az, www.e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
– MS EXCEL proqramından əla istifadə bacarığı
– Lazımi informasiyanı tez və keyfiyyətli şəkildə tapmaq və sistemləşdirmək bacarığı
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...