SƏTƏM üzrə aparıcı mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Debet Safety SƏTƏM üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Qadın
  • Ali təhsil.
  • Yaş həddi  25 – 40.
  • Əməyin təhlükəsizliyi, ətraf mühit və keyfiyyətin idarəedilməsi sistemiləri sahəsində əsas tələb və prinsipləri (İSO 9001:2015 , İSO 45001-2018) bilməli
  • Müvafiq qanunvericilik aktları və normalarını bilməli
  • Microsoft Office proqramlarını mükəmməl bilməli
  • Azərbaycan dili mükəmməl, İngilis dili və rus dilini orta üst səviyyədə bilməlidir

Vəzifə öhdəlikləri:

  • İstehsalatda əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi;
  • İstehsalat işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
  • İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq;
  • İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək;
  • Yeni işə qəbul olunanlara əməyin mühafizəsi üzrə giriş təlimatlarını keçmək;
  • Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) qaydaları haqqında mütəmadi təlimlərin keçirmək;
  • Təxliyyə planının hazırlanmasında iştirak edilməsi və işçilərə bu barədə təlimat keçirilməsi
  • İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etmək;
  • SƏTƏMM üzrə təlimatların işlənib hazırlanmasında iştirak etmək;
  • Keyfiyyətə Nəzarət Planının hazırlanması və icrasına nəzarət etmək;
  • Şirkətdə Keyfiyyət Sisteminin qurulmasında iştirak etmək

İş şəraiti:

  • Servis (nəqliyyat ) (m. Köroğlu, m. 20 yanvar iş yerinədək və geri dönməklə ) şirkət tərəfindən təşkil olunur
  • 5 günlük iş həftəsi ( 08:00 – 17:00)
  • AR qanunvericiliyə uyğun rəsmiləşdirilmə
  • Korporativ nömrə şirkət tərəfindən təşkil olunur
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...