Qısa məzmun
Ekvita LLC Layihələr üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
EKVİTA Beynəlxalq Layihələr komandasının üzvü olacaq Layihələr üzrə Mütəxəssis vəzifəsinə minimum 2 il iş təcrübəsi olan namizəd axtarır.
Vəzifə və Öhdəliklər:
- Layihələrin idarə olunması və layihələrin qazanılması istiqamətində işlərin görülməsi;
- Tenderlər üçün adminstrativ və əlavə sənədlərin hazırlanması;
- Tenderlər üçün potensial tərəfdaş şirkətlər və ekspertlərlə əlaqəyə keçmək;
- Tapşırıqların vaxtında yerinə yetirilməsini təmin etmək;
- İşəgötürən tərəfindən gündəlik olaraq verilən digər müvafiq tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Bakalavr və ya daha yüksək dərəcə (layihələrin idarə olunması, menecment, biznesin idarə olunması və ictimaiyyətin idarə olunması ixtisaslarına üstünlük verilir);
- Azərbaycan dilindən peşəkar səviyyədə istifadə etmək və rəsmi dil normalarına (fonetik normalar, leksik qaydalar, qrammatika) riayət etmək bacarığı;
- İngilis dilini səlis bilmək VACİBDİR;
- Əlavə dil biliyi üstünlükdür;
- Microsoft Word, Microsoft PowerPoint və Microsoft Excel, Teams, Zoom, Skype proqramlarından peşəkar istifadə etmək;
- Aİ, Dünya Bankı və Asiya İnkişaf Bankının layihələri üzrə təcrübənin olması üstünlükdür;
- Güclü inandırma və təqdim etmə bacarığı;
- Güclü şifahi və yazılı ünsiyyət bacarığı;
- Effektiv şəkildə komandada işləməyi bacarmaq;
- Vaxtı düzgün və səmərəli planlaşdırmaq və son tarixlərə riayət etmə.
Maraqlanan namizədlərdən CV-lərini “Layihələr üzrə Mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...