Problemli kreditlərlə iş şöbəsinin mütəxəssisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Xalq Bank Problemli kreditlərlə iş şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə

Şəhər: Bakı

Namizədə dair tələblər:

  • Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilinin olması;
  • Analoji sahə üzrə və ya bank işi sahəsində minimum 4-6 illik iş təcrübəsi;
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • İşdə dəqiqlik, stressə davamlılıq və detallara fikirvermə qabiliyyəti;
  • Kollektivdə və gərgin iş qrafikində işləmək bacarığı olmalı;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli;
  • Əmək funksiyalarının yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının mülki, mülki-prosessual, icra haqqında, ipoteka haqqında və digər qanunvericilik və normativ-hüquqi aktlarını, o cümlədən bankdaxili normativ aktları bilməli.

İşin təsviri:

  • Problemli Borcalanların kredit müqavilələrinin portfelə daxil olduğu gündən etibarən təqibinin həyata keçirilməsi;
  • Əməkdaşa təhkim olunmuş portfel üzrə Problemli borcalanlar ilə görüşlərin keçirilməsi, mütəmadi zənglərin edilməsi;
  • Problemli borcalanların maliyyə vəziyyətindən asılı olaraq kredit borclarını restrukturizasiyaya cəlb edilməsi;
  • Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlərin görülməsi;
  • Təhkim olunmuş portfelə gündəlik nəzarət etmək, aparılmış işlərə dair portfeldə qeydlər etmək;
  • Problemli borcalan barəsində məhkəməyə müraciət edilməsi ilə bağlı kredit dosyesi üzrə müvafiq sənədləri hazırlayaraq Hüquq İdarəsinə təhvil verilməsi;
  • Məhkəmə müddətində problemli borcalan barəsində aparılan prosesual addımların izlənməsi və portfeldə müvafiq qeydlərin aparılması;
  • Problemli borcalanlarla birbaşa görüşlərin təşkili, girov və biznesin monitorinqin həyata keçirilməsi;
  • Kreditin sağlamlaşdırılması üçün təkliflərin hazırlanması;
  • Analoji işlərin təşkili üçün regionlara ezam olunması.

QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri: 

E – mail:  cv@xalqbank.az

Telefon:  (012) 404 43 39

Faks:  (012) 404 43 34 

Oxşar vakansiya siyahısı:

Vergilər üzrə mütəxəssis

PASHA Insurance Vergilər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Insurance

13.05.2025 - Bakı

Sumqayıt şəhəri üzrə Kiçik və Orta Biznes Kreditləri sahəsində təcrübə proqramı

ATB Bank Sumqayıt şəhəri üzrə Kiçik və Orta Biznes Kreditləri sahəsində təcrübə proqramı vəzifəsi üzrə vakansiya elan edir. ...

ATB Bank

13.05.2025 - Sumqayıt

Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi

Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

13.05.2025 - Bakı

700 — 800 ₼
Mühasib

Pro Con İzo Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

12.05.2025 - Bakı

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

07.05.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

07.05.2025 - Bakı