Mühasib
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Orion Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • Cəmiyyətdə uçotun formalaşdırılmasını, baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında aktivlər, öhdəliklər, kapital, gəlir və xərclər barədə məlumatların yığılmasını, qeydiyyatını və ümumiləşdirilməsini, bu məlumatlara uyğun olaraq analitik və sintetik uçotunun aparılmasını, habelə maliyyə, vergi və digər hesabatların müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini, mühasibat uçotu sənədlərinin saxlanılmasını təmin edir.
  • Digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu məlumatları əsasında müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir.
  • Xərclər smetasının hazırlanmasını təşkil edir.
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının, pul təminatının və ona bərabər tutulan ödənişlərin hesablanması üzrə hesablama cədvəlinin, habelə (məzuniyyətə çıxma və digər hallarla bağlı) ödənişlərin qabaqcadan verilməsini, birdəfəlik haqq-hesabın işlənilməsini və ödənişlərin aparılmasını, dövlət büdcəsinə ödəmələr, məcburi dövlət sosial sığorta haqqı, icbari sığorta, işsizlikdən sığorta, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsini və digər ehtiyat fondlarına ayırmaları həyata keçirir.
  • Mühasibat uçotu sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, aktivlərin və öhdəliklərin inventarizasiyasının, mühasibat uçotunun aparılmasının yoxlanılmasına və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir.
  • Aktivlərin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edir, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinə nəzarət edir.
  • İnventarizasiya zamanı aktiv və öhdəliklərin mövcud faktiki qalığı ilə mühasibat uçot məlumatları arasında yaranmış kənarlaşmaların aradan qaldırması ilə əlaqədar müvafiq işlərin aparılmasını təmin edir.
  • Ştat, maliyyə, bank intizamına ciddi əməl edilməsi, çatışmazlıqların və itkilərin uçotdan silinməsi ilə əlaqədar işləri yerinə yetirir.

Namizədə tələblər:

  • Mühasibat sahəsində 3+ il təcrübəsi olan xanım namizədlər;
  • Türk və ingilis dillərini yaxşı səviyyədə bilmək;
  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standarta əsasən mühasibat uçotunun aparılması qaydalarını;
  • İlkin uçot sənədləri əsasında analitik və sintetik uçotun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsini;
  • Yuxarı təşkilatların qərar, sərəncam və əmrlərini; mühasibat uçotunun təşkilini, maliyyə hesabatlarının tərtibini;
  • Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinə aid olan maliyyə və nəzarət-təftiş orqanlarının, habelə digər rəhbər orqanların normativ hüquqi aktlarını;
  • Maliyyə hesabatlarının formasını, tərtib və təqdim edilmə müddətlərini;
  • Pul, maddi vəsaitlərin daxil edilməsi, qəbulu, saxlanılması və xərclənməsi; pul, maddi vəsaitlərinin, debitor borclarının silinməsi qaydalarını;
  • Debitor və kreditorlarla hesablaşma, habelə yoxlanış və sənədli təftişin qaydalarını;
  • Aktivlərin və öhdəliklərin inventarizasiyası qaydalarını, iqtisadiyyatın əsaslarını;
  • İstehsalın, əməyin və idarəetmənin təşkilini;
  • Mülki hüququ, əmək, maliyyə və təsərrüfat qanunvericiliyini;
  • Cəmiyyətdə tətbiq edilən bütün prosedur, normativ aktları və qaydalarını bilməlidir.

Əmək haqqı: 2000 AZN NET

Maraqlanan şəxslər CV-lərini mövzu yerinə “Mühasib” qeyd edərək elektron ünvana göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Mühasib

Palıd-2015 MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşünmə və analiz qabiliyyəti olmalıdır. Nahar şirkət tərəfindən verilir. ...

Palıd-2015 MMC

14.05.2025 - Bakı

Vergilər üzrə mütəxəssis

PASHA Insurance Vergilər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Insurance

13.05.2025 - Bakı

Sumqayıt şəhəri üzrə Kiçik və Orta Biznes Kreditləri sahəsində təcrübə proqramı

ATB Bank Sumqayıt şəhəri üzrə Kiçik və Orta Biznes Kreditləri sahəsində təcrübə proqramı vəzifəsi üzrə vakansiya elan edir. ...

ATB Bank

13.05.2025 - Sumqayıt

Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi

Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

13.05.2025 - Bakı

700 — 800 ₼
Mühasib

Pro Con İzo Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

12.05.2025 - Bakı

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

07.05.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

07.05.2025 - Bakı