Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Camal LTD Company Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Vergi və mühasibat uçotunun aparılmasını bilməlidir.
Namizədə olan tələblər:
- Baş mühasib vəzifəsində ən az 3 illik iş təcrübəsi;
- Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
- 1C 8.3 proqramında sərbəst işləmək bacarığı (istehsal və satış);
- Excell proqramında yüksək səviyyədə işləmək bacarığı;
- Vergi və əmək qanunvericilikləri üzrə məlumatlı;
- Beynəlxalq mühasibat uçotu standartlarını bilmək;
- Azərbaycan və Rus dillərini bilməsi mütləqdir, ingilis dili arzuolunandır;
- Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək;
- Tələbkar, məsuliyyətli və işgüzar;
- Yaş həddi 30-40 yaş arası.
Namizədin vəzifə öhdəlikləri:
- Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili;
- Vergi və mühasibat uçotunun aparılması;
- Kassa, bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Debitor və kreditor hesablaşmaların aparılması;
- Əmək haqqı və məzuniyyətlərin hesablanması;
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
- Mal-materialların uçotunun aparılması;
- İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- Aylıq, rüblük və illik vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.
Özünü müvafiq vakansiyada sınamaq istəyən namizədlərdən hr@iceland.az ünvanına “Baş Mühasib” başlığı altında CV göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...