Qısa məzmun
Zeytun Pharmaceuticals Baş auditor vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit, və digər əlaqədar ixtisaslar);
- Audit sahəsində minimum 3 il iş təcrübəsi;
- Microsoft Office proqramlarını (Excel, Word) yüksək səviyyədə bilməli (1C (8.3) proqramı üstünlükdür);
- Hər hansı beynəlxalq peşəkar sertifikatların (ACCA, CİA, CFE və s) olması üstünlükdür;
- Şifahi və yazılı ünsiyyət bacarığı;
- Vaxtın səmərəli idarəedilməsi bacarığı və qrup daxilində işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- İllik Audit Planına əsasən xüsusi audit layihələrinin həyata keçirilməsi;
- Kənar və daxili audit və ya digər yoxlamaların gedişində aşkar olunan nöqsan və çatışmazlıqları müzakirə edilməsi və onların aradan qaldırılması üçün rəhbərliyə təkliflərin verilməsi;
- Mövcud və yeni Beynəlxalq Maliyyə Hesabatı Standartlarının (BMHS) tədqiqi və onların mümkün təsirləri barədə təkliflərin verilməsi;
- Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, daxili nəzarət və korporativ idarəetmə proseslərin effektivliyinin qiymətləndirilməsi;
- Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkətin rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planın icrasının monitorinqın keçirməsi;
- Aylıq maliyyə hesabatlarının təhlilini təmin edilməsi.
İş şəraiti:
- Həftənin 5 günü : 09:00-dan 18:00-dək;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Karyera yüksəlişi imkanı;
- Tibbi sığorta ilə təmin edilir;
- Əmək haqqı razılaşma yolu ilə;
- İş yeri: BEGOC Biznes Mərkəzi.
Oxşar vakansiya siyahısı:
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...