Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Amet Services MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir . Nəqliyyat ilə təmin edilir.
- İş yeri: Bakı şəh., Qaradağ rayonu, Şıx qəsəbəsi, Salyan şossesi 12-ci km.
- İş rejimi və vaxtı: 5 günlük 8:30-17:00
- Əmək haqqı: 800-900 AZN
İş haqqında:
- Əmək haqqlarının, məzuniyyətin, xəstəlik vərəqələrinin, son haqq-hesabların, ezamiyyətlərin qanunvericiliyin tələblərinə müvafiq hesablanması və ödənilməsi;
- Mal alışları üçün xarici şirkətlərə edilən avans ödənişlərinə uyğun mallar ölkəyə daxil olduqdan sonra rəsmiləşdirilən YGB-lər üzrə müvafiq məlumatların banklara təqdim edilməsi;
- Xarici şirkətlərə olan borcların nəzarətdə saxlanılması və uçotunun təşkili, ölkədaxili, ölkəxarici və büdcə ödənişlərinin icra edilməsi;
- Əsas vəsaitlər, mal-material ehtiyatları üzrə uçotun aparılmasının təşkili;
- E-gov.az, e-taxes.gov.az, e-customs.gov.az portalları, BTP və EFP proqramlarında işləmək bacarıqları;
- Tender sənədlərinin hazırlanmasına dəstək olmaq;
- Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Mülki Məcəllə və mühasibat-vergi uçotunun təşkili məqsədilə lazım olan digər normativ-hüquqi aktlar, qanunlar, qaydalar haqqında gərəkli bilgilər;
- Müəssisə Rəhbərliyi və Baş mühasib tərəfindən verilmiş digər tapşırıqların vaxtında və düzgün formada icra olunmasını təmin etmək.
Tələblər:
- Mühasibat uçotu, maliyyə və ya iqtisadi yönümlü ali təhsil;
- Yaş həddi 22-35;
- Müvafiq vəzifə üzrə 1 ildən çox iş təcrübəsi;
- Yaxşı səviyyədə Excell bilikləri, PowerPoint proqramında işləyə bilmək;
- Xarici dil bilikləri: Rus dili və ingilis dili yaxşı səviyyədə;
- Beynəlxalq mühasibat uçotu standartları üzrə biliklər və F3 sertifikatının olması əlavə üstünlükdür;
- Komandada işləmək, stressə davamlı olmaq və yüksək səviyyədə ünsiyyət bacarıqları;
- Detallara qarşı diqqətlilik, intizamlı və məsuliyyətli olmaq;
- Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
- Analitik düşünmək və yaradıcı təkliflər vermək.
Əsas təminatlar:
- Aylıq mobil rabitə limiti ilə təmin olunur,
- Tibbi sığorta ilə təmin olunur.
- İşçilərin iş yerinə rahat gediş-gəlişi üçün servis avtobusları fəaliyyət göstərir.
Uyğun namizədlər mövzu bölümündə “Aparıcı mühasib” yazaraq CV-lərini e-mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...