Qısa məzmun
Sinteks Group of Companies İnsan Resursları üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda İnsan Resursları üzrə Aparıcı Mütəxəssis tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilsin və CV-də müvafiq bilik və bacarıqlar işarə edilsin.
Vəzifənin rolu:
Bu vəzifənin rolu Əmək Qanunvericiliyinə və daxili qaydalara əsasən sənədləşməni yerinə yetirməkdir.
Vəzifə öhdəlikləri:
- İnsan Resurslarının proses və prosedurları çərçivəsində sənədləşməni aparır
- İşçi məsələlərinin Əmək Qanunvericiliyinə və Məşğulluq Qanununa əsasən həll edir
- Şirkət daxili prosess və prosedurların tərtibinə dəstək göstərir və yeniləyir
- Daxili kommunikasiya məlumatlarını hazırlayır və göndərir
- Əmək və Məşğulluq altsistemində lazımi qeydiyyatlar aparır
- İşçilərin icbari sığortalanmasını həyata keçirir
Əsas tələblər:
Təhsil:
- Biznes İdarəedilməsi, İnsan Resursları İdarəedilməsi və ya əlaqəli sahələrdə Ali təhsil
- Əmək Məcəlləsi üzrə sertifikat
Təcrübə:
- İnsan Resursları və ya müvafiq sahədə ən az 3 illik təcrübə
Professional biliklər:
- İR Administrasiyası
- Əmək qanunvericiliyi
- Elektron Hökümət Portalı
- MS Office və 1C Programı
- İnsan Resursları Prosesi və Prosedurları
Professional bacarıq və kompetensiyalar:
- İş bölgüsü
- Məsuliyyət
- Çeviklik
- Nəticə yönümlülük
- Ünsiyyət bacarıqları
- Zamanın idarəolunması
- Analitik düşüncə
- Detallara diqqət
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə Aparıcı Mütəxəssis” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.