Qısa məzmun
Ayan MMC şirkəti Əmək haqqı üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri
- İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması;
- Məzuniyyət haqlarının, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması;
- Kadrlar şöbəsi ilə birlikdə Dövlət Sosial Müdafiə Fondu hesabına ödənilən müavinətlərin (hamiləliyə və doğuma görə, əmək qabiliyyətini müvəqqəti itirilməsi, uşağın anadan olmasına görə, 3 yaşa qədər uşağa qulluğa görə, dəfn üçün müavinət) hesablanması, protokolun hazırlanması, sənədləşdirilməsinə nəzarət;
- İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək
- İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması.
Namizədə dair tələblər:
- Ali təhsil (Maliyyə və mühasibatlıq sahəsi üzrə)
- Xanım namizəd
- Yaş həddi 25-35 arası
- Müvafiq sahədə 1-3 il iş təcrübəsi
- Logo Tiger Enterprise proqramında sərbəst işləmək bacarığı
- Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər
- Dil bilikləri: Azərbaycan dili – mükəmməl, rus dili – orta
- Ünsiyyət qurma bacarığı
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti
- Komandada işləmə bacarığı
- MS Office proqramlarını bilməli
- Xırdalana yaxın ərazilərdə (Sumqayıt, Masazır, Biləcəri) ərazisində yaşayanlara üstünlük veriləcəkdir.
Əlavə məlumatlar:
- Nahar şirkət tərəfindən verilir
- İş qrafiki: 5 gün, 08:00 – 17:00
- Əmək haqqı: Razılaşma əsasında
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini hr@ayanltd.az elektron ünvanına, mövzu hissəsində vəzifənin adı “Əmək haqqı üzrə Mühasib” qeyd olunmaqla, göndərə bilərlər.
Müsahibəyə dəvət olunan nazmizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Əlaqə nömrələri: +994552090362
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...