Qısa məzmun
BSC Consulting & Outsourcing Company Mal-material üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
- Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
- Yük gömrük bəyannaməsi əsasında malın maya dəyərinin hesablanması
- 1 C 8.3 proqramında sənədlərin formalaşdırılması: malların və materialların hərəkəti
- Mal-materialların qəbulu, silinməsinin tam uçotu
- Hesab və elektron qaimə-fakturalarının yoxlanılması
- Debitor və kreditorlarla üzləşmələrin aparılması
- Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi
- Maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati, təsərrüfat və digər xərclərə, debitor və kreditor borclara nəzarəti təmin etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək
Tələb olunan xüsusiyyətlər:
- İxtisas üzrə azı 1 il iş təcrübəsi
- Ali təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə)
- Konfidensiallığı qoruyub saxlamaq bacarığı
- Vergi Məcəlləsi ilə bağlı ilkin anlayışlar
- MS Office, BTP, 1C 8.3 proqramında işləmək bacarığı
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı
- Məsuliyyət, düzgünlük, dəqiqlik, stresə davamlılıq
- Komandada işləmək bacarığı
İş şəraiti:
- AR ƏM əsasən rəsmiləşmə
- Əmək haqqı: 500 – 800 AZN
- İş rejimi: 6 günlük iş qrafiki
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Mal-material üzrə mühasib” yazaraq 18.09.2022– ci il tarixinədək göndərilməsi xahiş olunur
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...