Qısa məzmun
Fresh Logistics MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Satış meneceri ( Logistika, nəqliyyat, ehtiyyat hissələri və avtoservis üzrə ixtisaslaşmış)
İş barədə məlumat:
- Yük daşımaları sahəsində aktiv şəkildə yeni müştərilərin axtarışı və cəlb edilməsi;
- Ehtiyyat hissələrinin və yük avtomobilləri üçün servis xidmətinin satışı;
- Mövcud müştəri bazasının təkmilləşdirilməsi;
- Mövcud Hesabatlılıq sistemində, görülmüş işlərin və sair hesabatların tərtib edilməsi (CRM);
- Kommersiya təkliflərinin tərtib edilməsi və müqavilələrin bağlanması;
- Logistika şöbəsi ilə birlikdə xidmətlərin dəyərinin hesablanması;
- Müştərilər ilə uzun müddətli, effektiv və dayanıqlı əlaqələrin yaradılması və qorunub saxlanılması;
- Müştərilər üzrə debitor və kreditor borclara nəzarət;
- Satış planının icrası;
- Əməliyyat məsələlərinin həlli;
- Şirkət daxilində struktur bölmələri ilə qarşılıqlı əlaqə;
- Şöbə rəhbərinə hesabat vermək, əks əlaqə.
Namizəd üçün tələblər:
- Yaş həddi: 25 – 40;
- Cinsi: Kişi;
- Ali təhsil (texniki, hüquqi və ya iqtisadi yönümlü);
- İş təcrübəsi: 2 il (Logistika, nəqliyyat, ehtiyyat hissələri, avtoservis və xarici ticarət xidmətləri sahəsində satış təcrübəsi vacibdir );
- Rus dilində sərbəst danışıq və yazışma bacarığı;
- MS ofis proqramlarında işləmə bacarığı (xüsusilə Excel və Word);
- Böyük miqdarda məlumatla işləmə bacarığı;
- Məsuliyyətli, detallara qarşı diqqətli,operativlik və stressə davamlılıq;
- Tez öyrənən, ünsiyyətə açıq, istənilən şəxslə tez əlaqə qurmaq bacarığı;
- İşgüzar ünsiyyət bacarıqları (müştəri şirkətin adi əməkdaşından təşkilatın top menecmentinə qədər);
- Müştəri yönümlü, müştərilərdən alına biləcək uğursuz nəticələrə qarşı soyuqqanlılıq və inadkarlıq bacarığı;
- Sürücülük vəsiqəsinin olması.
Əmək Şəraiti:
- AR – nın Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş Rejimi: Həftənin 5 günü;
- Ünvan: Bakı şəhəri, C.Cabbarlı 605,Globus Center.
Əmək haqqı: Razılaşma yolu ilə.
Son müraciət tarixi: 17.09.2022
Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər CV formalarını mövzu hissəsində “Satış meneceri” qeyd etməklə hr@we-forward.com elektron ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Absheron Satış üzrə auditor vəzifəsi üzrə vakansiya elan edir. ...
İceland şirkət Regionlar üzrə satış müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Supermarket MMC Satıcı-kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...
İnci Group Of Commpanies Merçandayzer ( QUBA ərazisi üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Atəşgah sığota Pərakəndə SatışSığorta üzrə Sığorta Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...