Assistans mərkəzinin rəhbəri
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Insurance Assistans mərkəzinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə və Öhdəliklər:

  • Assistans Mərkəzinin gündəlik fəaliyyətinin yoxlanılması, gün ərzində zənglərə cavab verilməsi prosesinə və operatorların online və ya offline statuslarına nəzarət etmək, zənglərin canlı axışını izləmək və xətdə gözləyən zənglərin dərhal cavablandırılmasına əmin olmaq, gecə və gündüz növbələri zamanı buraxılmış zəngləri yoxlamaq və həmin zənglərə geri dönülməsini təmin etmək;
  • Sığorta iddiaları prosesində mübahisə yaradan məqamlarda sığortalı və onların nümayəndələrinin qəbul edilməsi, tərəflər arasında imzalanmış müqavilə əsasında sığorta ödənişi üzrə bütün mübahisəli məqamların araşdırılaraq tənzimlənməsi;
  • “Sığorta hadisələri barədə gündəlik məlumatların əldə edilməsi və prosesin tənzimlənməsi”;
  • Dövlət və qeyri-dövlət qurumlar ilə və həmçinin təkrarsığortaçılar ilə danışıqların aparılması;
  • Sığorta hadisəsinin tənzimlənməsi prosesinin gedişində üçüncü (müstəqil) tərəfin cəlb olunmasının təşkili və yekun rəyin əldə edilməsi;
  • Departament əməkdaşlarının şöbələr arası qarşılıqlı əməkdaşlığının təşkil edilməsi və nəzarət edilməsi;
  • Şöbə əməkdaşlarının vəzifə öhdəliklərinə və əmək nizam-intizamına riayət etmələrinə nəzarət edilməsi;
  • Şöbə əməkdaşlarının işlərinin qiymətləndirilməsi prosesində iştirak;
  • Sığorta iddialarının tənzimlənməsi prosesinin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması və həmçinin Departament əməkdaşlarının təkliflərinin rəhbərliyə təqdim edilməsi;
  • Keyfiyyəti yaxşılaşdırmaq, səhvləri minimuma endirmək və əməliyyat performansını izləmək üçün zəngləri izləmək ;
  • Şöbənin ümumi işində nöqsanların aradan qaldırılmasına cavabdehlik;
  • Birbaşa rəhbərin digər müvafiq tapşırıqlarının yerinə yetirilməsi.

Biliklər:

  • Ali təhsil;
  • Kompüter bilikləri: peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
  • Dil bilikləri: Yüksək səviyyədə Azərbaycan dili mütləqdir. Yaxşı səviyyədə İngilis və Rus dili bilikləri arzuolunandır;
  • Mövcud qanunvericilik(lər) barədə biliklər.

Təcrübə:

  • Sığorta və ya əlaqəli sahədə 4-5 il iş təcrübə mütləqdir. Əlavə olaraq, sığorta iddialarının tənzimlənməsi və ya çağrı mərkəzi təcrübəsi olması arzuolunandır.

Bacarıqlar:

  • Yaxşı ünsiyyət bacarığı;
  • Problemlərin həlli;
  • Komanda ilə işləmək;
  • İdarəetmə və koordinasiya;
  • Əməkdaşları daha yaradıcı işə təlqin etmək ;
  • Məntiqi və analitik düşüncə;
  • Stresə davamlılıq;
  • Emosional stabillik və məsuliyyətli olmaq.

Son müraciət tarixi: 15.09.2022

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.

Oxşar vakansiya siyahısı:

Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

18.06.2025 - Bakı

1000 — 1800 ₼
Mühasib

Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Abacus Audit And Consulting

30.05.2025 - Bakı

1300₼
Mühasib (Əmək haqqı və ödəmələr üzrə)

Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...

Askona

29.05.2025 - Bakı

Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis

Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Zeytun Pharmaceuticals

27.05.2025 - Bakı

Satış üzrə mühasib

Oven Food Bakery Satış üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Oven Food Bakery

23.05.2025 - Bakı