Qısa məzmun
Kartaş LTD (Mr.Fix) Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Məhkəmələrdə və digər dövlət qurumlarında Müəssisəni nümayəndə qismində təmsil etmək
- Cəmiyyətin Müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək;
- Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
- Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
- Cəmiyyətdaxili sənədlərin bir-biri ilə, o cümlədən AR mövcud qanunvericiliyi ilə düzgün və uyğun şəkildə tətbiq edilməsinə nəzarət etmək;
- Dövlət orqanları, hüquqi və fiziki şəxslərin sorğularının cavablandırılmasında iştirak etmək
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət etmək;
- AR qanunvericiliyi ilə nəzərdə tutulmuş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
Tələblər:
- Ali hüquq təhsili;
- MS Office proqramlarında işləmək bacarığı;
- Korporativ hüquq sahəsi üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti
İş yeri: Bakı şəhəri, Ş.İ.Xətai prospekti
İş qrafiki: 6 günlük iş qrafiki
Təminatlar:
- Nahar ilə təmin edilmə
- Korporativ nömrə ilə təmin edilmə
Oxşar vakansiya siyahısı:
Hüquqşünas
BERC Group Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. ...
Baş hüquqşünas
BERC Group Baş hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. ...
Kiçik hüquqşünas
BERC Group Kiçik hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. ...