Qısa məzmun
AzerGold CJSC Maliyyə şöbəsinin sektor müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə və öhdəliklər:
- Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmək və ona nəzarət etmək;
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) əsasında uçot siyasətini təşkil etmək;
- MHBS üzrə hesabatların hazırlanması;
- Kənar auditorlarla MHBS nəticələrinin koordinasiyası, auditor məlumatlarının və tövsiyələrinin ayrıca müzakirə edilməsi və məlumatların düzgün tətbiqinin təmin olunması;
- Növbəti hesabat dövrləri üçün gözlənilən MHBS hesablamalarının nəticələri haqqında tabe olduğu rəhbərə mütəmadi məlumat vermək;
- MHBS hesabatları prinsiplərinin dəyişilməsi və yenilənməsi hallarına dair mütəmadi izləmələrin aparılması;
- İnvestisiya əməliyyatları ilə bağlı aidiyyəti üzrə təkliflər verilməsində iştirak etmək;
- Səlahiyyətləri çərçivəsində müvafiq birjalar üzrə effektiv ticarət strategiyalarının həyata keçirilməsində iştirak etmək;
- Hecinq və digər törəmə maliyyə alətləri üzrə müvafiq əməliyyatların həyata keçirilməsində iştirak etmək;
- Cəmiyyət üçün ən əlverişli əməliyyatların həyata keçirilməsi üçün yerli və qlobal sabit gəlirli qiymətli kağızlar, pul, səhm və əmtəə bazarlarının araşdırılması, təhlili və aidiyyəti üzrə təkliflərin verilməsi;
- Fəaliyyət sahəsinə aid digər hesabatların vaxtlı-vaxtında hazırlanmasını təmin etmək;
- Maliyyə hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi və eyni zamanda qanunvericilikdə nəzərdə tutulan tarixlərdə dərc olunmasını istiqamətində müvafiq işlərin görülməsini təmin etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), rus dili (yaxşı);
- Komputer bilikləri: Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
- ACCA F1-F9 səviyyəsi üzrə sertifikatlar və ya CİMA Managment Level sertifikatı olan namizədlər.
- Analitik düşünmə, problemləri həll etmə, qərarvermə və idarə etmə bacarığı;
Tələb olunan təhsil və iş təcrübəsi:
- Maliyyə, İqtisadiyyat və ya müvafiq sahədə ali təhsil;
- Müvafiq sahə üzrə 5 il iş təcrübəsi; (kənar audit sahəsində iş təcrübəsi arzuolunandır)
https://careers.azergold.az/vakansiya/sektor-mudiri-maliyye-sobesi-hesabatliliq-sektoru
Oxşar vakansiya siyahısı:
Aparıcı mühasib
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
1000 — 1800 ₼
MühasibƏ/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
1300₼
Mühasib (Əmək haqqı və ödəmələr üzrə)Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...